Yasamalda yeniyetmə qız qaçırılıb

Yasamalda yeniyetmə qız qaçırılıb
 Paytaxtın Yasamal rayonunda kimliyi bəlli olmayan (adı Emin olduğu iddia olunan) şəxs yetkinlik yaşına çatmayan qızı qaçırıb.

Bu barədə Yasamal rayon Polis İdarəsi məlumat yayıb.

15 yaşlı Əfşan Zeynalova yanvarın 23-də, saat 16:00 radələrində qaçırılıb. Şagirdin anası ərizə ilə 29-cu Polis Bölməsinə şikayət edib. Zərərçəkənin anası ərizədə qızını qaçıran şəxsin adının Emin olmasından başqa onun barədə heç nə bilmədiyini göstərib. Qadının sözlərinə görə, qızı evlənmək məqsədilə qaçırılıb.

Hal-hazırda Yasamal rayon Polis İdarəsinin əməkdaşları törətdiyi əməllə qanunvericiliyin tələblərini pozan gənci axtarır. Gəncin törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə tövsif olunur.

oxu.az

OXŞAR XƏBƏRLƏR