Türkiyəyə daha bir raket hücumu
Dünya
18:15 / 26.01.2018
700
Türkiyənin Hatay vilayətinin Reyhanlı şəhəri və Kilis vilayətinin eyniadlı mərkəzi növbəti dəfə raket hücumuna məruz qalıb.
Raketlər Suriyanın Afrin bölgəsindən atılıb.
"Afrin istiqamətindən Kilisə raket buraxılıb, raketin düşdüyü yerə dərhal təcili yardım əməkdaşları göndərilib, heç kim xəsarət almayıb”, – deyə Kilis vilayət rəhbərliyinin bəyanatında deyilir.
Raket zərbəsi nəticəsində ölən və xəsarət alan yoxdur.
Sfera.az