Prezident sərəncam verdi, sahibkarlar hərəkətə keçdi
İqtisadiyyat və Sənaye Nazirliyinin, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə “Sahibkarlığın inkişafında yeni mərhələ: hədəflər və imkanlar”mövzusunda konfrans keçirilir.
Sfera.az xəbər verir ki, tədbirdə çıxış edən Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının sədri Məmməd Musayev bildirib ki, son günlər ölkə prezidenti tərəfindən verilən fərmanların məqsədi ölkədə biznes mühitini yaxşılaşdırmağa xidmət edir: “Dövlət tərəfindən özəl sektora hər cür yardım göstərilib. Tərəqqi prosesində özəl sektorun payı artır. Son illərin statistikası göstərir ki, 87 min yeni iş yeri yaradılıb ki, onun da 60 mini daimi iş yeridir. Orta aylıq əmək haqqı 460 manat olub. Əhalinin gəlirləri 30 milyard manata çatıb. Dövlət başçısının atdığı addımlar bu sahənin inkişafı üçün sistemli halda həyata keçirilir. Sahibkarlara dövlət büdcəsindən ayrılan vəsaitlərin ildən–ilə artırılması, onların fəaliyyətinə əngəl törədən amillərin aradan qalıdırılması bu sahənin inkişafına yol açıb.
Prezidentin fərmanı ilə yoxlamaların müddəti iki il müddətinə dayandırılıb. Bunlar kiçik və orta sahibkarlığın inkişaf etdirilməsinə, yeni və daimi iş yerlərinin yaradılmasına yönəlib. Ölkəmizin uğurlu inkişafı biznesin inkişafından asılıdır”.
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, sahibkarların fədakar əməyi nəticəsində Azərbaycan iqtisadiyyatı inkişaf edir: “Sahibkarlıq Azərbaycanın strateji resursudur. Sahibkarlıq olmadan Azərbaycan iqtisadiyyatı inkişaf edə bilməz. 2020- ci ildə ÜDM –nın həcmini iki dəfə artıracağıq ki, bu da qeyri-neft sektorunun inkişafına mümkün olacaq. Vergilər Məcəlləsində edilən dəyişikliklərdə korrupsiya hallarının azalması üçün çox mühüm maddələr var. Biz istehsalı artırmalıyıq, çünki dünyada bizə təzyiqlər var. Gürcüstan-Azərbaycan sərhədini keçəndə orada kiçik iş yerlərinin olamaısnı görürük. Azərbaycan sərhədində isə bu iş yerləri yoxdur. Özün işlə təmin etmək dünyada 10-15 faiz yer tutur. Bizdə isə bu sahə yoxdur. Çünki buna maneələr yaradılıb”.
İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov qeyd edib ki, sahibkarlığın inkişaf etdirilməsi ölkə prezidentinin diqqət mərkəzindədir: “Ölkədə sahibkarlığın inkişafı ilə əlaqədar çevik mexanizmlər tətbiq edilir. ÜDM-da özəl sektorun payı 80 faizi ötüb. Qeydə alınan sahibkarlıq obyektlərinin sayı 660 mini ötüb. Lisenziyalar sahəsində prosedurların sadələşdirilməsi, minumuma endirilməsi sahibkarlığın inkişafında əsas amillərdən biridir. Əhalinin həyat sağlamlığı, dövlətin təhlükəsizliyi və onun iqtisadi maraqlarının qorunması halları istisna olmaqla bütün yoxlamalar dayandırılıb. İstehsal olunan məhsullar əsasən ixracyönümlü olmalıdır ki, xarici mallara davamlı ola bilsin. Regionlarda ASAN Xidmət mərkəzləri olmayan yerlərdə lisenziya ilə bağlı sənədələr müvəqqəti olaraq nazirliyin bölgələrində yerləşən bölmələrində qəbul ediləcək. Bakıda isə 5 saylı ASAN Xidmət mərkəzində lisenziyalarla bağlı sənədlər qəbul ediləcək”.
“Qafqazinfo”