Tanınmış axundun oğlu faciəvi şəkildə öldü -FOTO

Tanınmış axundun oğlu faciəvi şəkildə öldü -FOTO
 Ötən gecə Salyan rayonunun Şəhriyar küçəsindəki evlərdən birində dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Virtualaz.org-un məlumatına görə, 1982-ci ildə anadan olmuş Əli Əliqəm oğlu İsmayılov dəm qazından boğularaq ölüb. İki azyaşlı uşaq atası olan Ə.İsmayılovun ailəsi həmin vaxt Bakı şəhərində olduğundan özü evdə tək olub.

İlkin məlumata görə, qəfil əsən külək nəticəsində mənzildə quraşdırılmış qaz peçinin baca borusunun başlığı üzü aşağı çevrilib və dəm qazı geriyə, evə dolmağa başlayıb. Nəticədə divanda yuxulayaraq televizora baxan Əli İsmayılov zəhərlənərək dünyasını dəyişib.

Qeyd edək ki, ali ruhani təhsilli Əli İsmayılov Salyan rayonunun Dayıkənd kəndinin axundu idi. Atası bölgənin ən nüfuzlu ruhanilərindən sayılan mərhum Hacı Əliqəm İsmayılov isə uzun illər Neftçala rayonunun axundu olub.

Faktla bağlı araşdırmalar aparılır.
 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...