200 Desantçı Zeytun Budağı Əməliyyatına Qatılmaq Üçün Yola Çıxdı

200 Desantçı Zeytun Budağı Əməliyyatına Qatılmaq Üçün Yola Çıxdı
Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Afrində keçirdiyi Zeytun Budağı Əməliyyatında iştirak etmək üçün bu gün Ölkənin Bingöl ərazisindən 200 desantçı əsgər yola çıxıb.
 
200 nəfərlik desant taborunun Afrinə getdiyini bildirən Bingöl Valisi Ali Mantı: "Qəhrəmanlarımız din, dövlət, vətən, millət üçün gözünü qırpmadan bu müqəddəs səfərə gedirlər. Ölkəmizin birlik və bərabərliyi üçün, azanımızın susmaması, bayrağımızın enməməsi üçün qəhrəmanlarımız könüllü olaraq xidmətə gedirlər. Onlara bu müqəddəs yolda uğurlar arzulayırıq. Allah millətimizi, vətənimizi hər cür pislikdən qorusun. Allah onlara qada-bəlasız gedib-gəlməyi nəsib etsin", - deyərək könüllülərə xeyir-dua verib.
Sonra 200 desantçı  təyyarə ilə yola çıxıb.
 
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR