Bulvarda intihar edən qızla bağlı ŞOK FAKT - Filmə çəkilmək üçün...

Bulvarda intihar edən qızla bağlı ŞOK FAKT -  Filmə çəkilmək üçün...

Ötən gecə Bakı bulvarında baş vermiş dəhşətli intihar hadisəsinin təfərrüatı məlum olub.

Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, saat 20:45-də Dənizkənarı Milli Markın "Sadko" kafesi yaxınlığındakı hissəsində özünü dənizə atan 1997-ci il təvəllüdlüHəmidə Məmmədova bir neçə gün əvvəl Beyləqan rayonundan Bakıya qohumlarının evinə qonaq gəlibmiş.

Hadisədən sonra ifadə verən 18 yaşlı qızın atası Ramiz Məmmədov bildirib ki, qızı filmə çəkilmək istəyirmiş və Bakıya gəlməkdə də məqsədi həmin filmdə çəkilmək imiş.

R.Məmmədov etiraf edib ki, qızına filmdə çəkilmək üçün icazə vermədiyinə görə narazılıq yaranıb.

Qeyd edək ki, FHN-in xilasediciləri tərəfindən meyidi sudan çıxarılan H.Məmmədovanın üzərində hər hansı zorakılıq əlaməti aşkarlanmayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Sfera.az


OXŞAR XƏBƏRLƏR