Qəzada vəfat edən jurnalist torpağa tapşırıldı

Qəzada vəfat edən jurnalist torpağa tapşırıldı
 Rusiyanın Həştərxan vilayətində avtomobilin vuraraq öldürdüyü azərbaycanlı jurnalist Ülviyyə Şamilqızı (Məmmədova) dəfn olunub.

Sfera.az "Report”a istinadən xəbər verir ki, mərhumun cənazəsi Azərbaycana gətirilib və bu gün Gəncə şəhərindəki qəbiristanlıqda torpağa tapşırılıb.

Dəfndə Ü.Şamilqızının ailə üzvləri, yaxınları, jurnalist həmkarları iştirak ediblər. 

Qeyd edək ki, hadisə yanvarın 23-də vilayətin Trusovsk rayonunda Tambov-Volqoqrad-Həştərxan şosesinin 1378-ci kilometrliyində, Magistral küçəsində baş verib.

Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Həştərxan Vilayəti üzrə Polis İdarəsinin yaydığı məlumata görə, Ü.Şamilqızını adı açıqlanmayan 30 yaşlı şəxsin idarə etdiyi "Volkswagen Passat” markalı avtomobil vurub. Hadisə tənzimlənməyən piyada keçidində baş verib. Şosenin həmin hissəsindən piyadanın keçməsi qayda pozuntusu sayılmır. Orada işıqfor və keçid üçün zolaq qoyulmadığından tənzimlənməyən piyada keçidi adlanır.

Faktla bağlı Rusiya DİN-nin İstintaq İdarəsinin Həştərxan vilayəti üzrə şöbəsində prosessual yoxlama aparılır.

Xatırladaq ki, 1986-cı il təvəllüdlü Ü.Şamilqızı uzun müddət Azərbaycanın bir sıra KİV-lərində, o cümlədən "Xalq Cəbhəsi” qəzetində, "Report” İnformasiya Agentliyində çalışıb. O, fəaliyyəti dövründə dəfələrlə jurnalistlər arasında keçirilən müsabiqələrin qalibi və mükafatçısı olub. Ü.Şamilqızı təhsilini davam etdirmək üçün ötən ildən Rusiyanın Həştərxan şəhərində yaşayırdı.

Ü.Şamilqızının atası Qarabağ müharibəsində itkin düşüb və sonrakı taleyindən indiyədək heç bir məlumat əldə etmək mümkün olmayıb. Mərhum jurnalist uşaq yaşlarında olanda anası da vəfat edib. 

Allah rəhmət eləsin!
 


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...