Azərbaycanda 5 bankın 40 əmlakı satışa çıxarılır - SİYAHI

Azərbaycanda 5 bankın 40 əmlakı satışa çıxarılır - SİYAHI
 Əmanətlərin Sığortalanması Fondu (ADİF) Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan bir sıra bankların balansında olan əmlakı satışa çıxarır. 

Fonddan Sfera.az-a verilən məlumata görə, 39 lot üzrə daşınar və daşınmaz əmlak ilk dəfə hərraca çıxarılır, 15 lot üzrə daşınar və daşınmaz əmlak isə təkrar hərraca çıxarılır.
 
Belə ki, ləğv prosesində olan QSC "Bank Standard” KB-nin balansında olan 1 ədəd "Daewoo Nexia”, 3 ədəd "Mitsubishi Lancer”, 6 ədəd "Toyota Corolla”, 1 ədəd "Toyota Avalon” markalı minik avtomobilləri və 2 ədəd bankomat təkrar hərraca çıxarılır.
 
Ləğv prosesində olan "Bank Standard” QSC KB-nin balansında olan 2 ədəd VAZ-213100, 2 ədəd "Toyota Camry”, 2 ədəd "Lexus LX-570”, 1 ədəd "Mercedes Benz CLS 63 AMG”, 1 ədəd "Mercedes Benz GL500”, 1 ədəd "Mercedes Benz S500i”, 1 ədəd "Jeep Grand Cherokee”, 1 ədəd "Mitsubishi Outlander”, 2 ədəd "Ford Transit Connect” markalı avtomobillər və 4 ədəd bankomat isə ilk dəfə hərraca çıxarılır.
 
Ləğv prosesində olan "Royalbank” ASC-nin balansında olan 1 mənzil, 2 ev və 1 qeyri-yaşayış sahəsi, ləğv prosesində olan "Zaminbank” ASC-nin balansında olan 1 ədəd "Ford Transit Connect” markalı avtomobil, ləğv prosesində olan "Qafqaz İnkişaf Bankı” ASC-nin balansında olan 1 ədəd "Mercedes Benz S350” markalı avtomobil ilk dəfə hərraca çıxarılır.
 
Bundan başqa, ləğv prosesində olan "Kredobank” ASC-nin balansında olan 1 qeyri-yaşayış sahəsi təkrar hərraca, 2 qeyri-yaşayış sahəsi, 1 ədəd QAZ-3110, 1 ədəd "Toyota Camry” və 1 ədəd "Toyota Land Cruser” markalı avtomobillər isə ilk dəfə hərraca çıxarılır.
 
Ləğv prosesində olan "Texnikabank” ASC-nin balansında olan bağ evi təkrar hərraca, 2 ədəd bankomat, 7 qeyri-yaşayış sahəsi və bir lot üzrə 3 torpaq sahəsi ilk dəfə hərraca çıxarılır.
 
Hərrac açıq formada Xammal və Əmtəə Birjasında, Bakı şəh, İ.Hidayətzadə küç, 156(20A) 1933-cü məh. ünvanda keçiriləcək.
 
Ləğv prosesində olan "Texnikabank” ASC-nin balansında olan bağ evinin satışı üzrə hərrac 12 fevral 2018-ci il, ikinci dəfə satışa çıxarılan digər əmlaklar üzrə təkrar hərrac 19 fevral 2018-ci il, ilk dəfə satışa çıxarılan əmlaklar üzrə isə hərrac 26 fevral 2018-ci il tarixlərində keçiriləcək.

OXŞAR XƏBƏRLƏR

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Dünya çempionatı: "Real" "Yuventus"a qalib gəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, İspaniya ...

Evdə köhnə telefon və notbuku olanlara şad xəbər - atmayın!

Alimlər köhnə telefon və noutbuklardan qızıl çıxarmağın yolunu tapıblar.   Sfera.az xəbər verir ki, metod həm elektron tullantılardan, həm də filizdə...

Sumqayıtda arvadını öldürən kişi TUTULDU

Sumqayıtda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvə...

Bəzi qadınlar üçün pensiya yaşı azaldıla bilər - VİDEO

Bu gündən Azərbaycanda qadınlar üçün pensiya yaşı 6 ay artırılır. Pensiya yaşı 64 il 6 ay olacaq. 2027-ci il iyulun 1-dək isə qadınların da pensiya yaşı kişilər...