Bakı metrosunda həyacan: 26 yaşlı gəns özünü qatar yoluna atıb – VİDEO

Bakı metrosunda həyacan: 26 yaşlı gəns özünü qatar yoluna atıb – VİDEO

 
Metronun "İnşaatçılar” stansiyasında qorxulu anlar yaşanıb.
"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Oxu.Az-a bildirib ki, saat 18:50 radələrində sərnişin platformadan özünü qatar yoluna ataraq relslərin üzəri ilə metronun "Elmlər Akademiyyası” istiqamətinə qaçmağa başlayıb.
Dərhal stansiya işçiləri relslərdəki gərginliyi dayandırıb və polis əməkdaşları ilə birlikdə həmin şəxsin axtarışı aparılıb. Məlum olub ki, o, 1992-ci ilə təvəllüdlü Ələsgərov Tamerlan Rövşən oğludur.
Sərnişin saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilib.
Hadisə nəticəsində qatarların hərəkətində 10 dəqiqə gecikmə olub və artıq gecikmə aradan qaldırılıb.

 


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...