Rusiyada azərbaycanlını öz maşınında ölümə aparanlar tutuldu
Rusiyada azərbaycanlı kişini qətlə yetirənlər tutulub.
Sfera.az bildirir ki, ANS PRESS-in məlumatına görə, Azərbaycan vətəndaşının ağır qətlində şübhəli bilinənlər onun başına gətirdikləri dəhşətləri üzə çıxarıblar.Polisin məlumatına görə, saxlanılan şəxslər 31 və 42 yaşlarındadır. Onlar əvvəlcə Azərbaycan vətəndaşı olan kişini oğurlayıblar.Hadisə sentyabrın 14-də Sankt Peterburq şəhərinin Puşkinski rayonundakı restorandakı mübahisə nəticəsində baş verib. Mübahisədən sonra saxlanılan şəxslər 39 yaşlı kişini təpiklə döyüblər.Bundan sonra onlar Azərbaycan vətəndaşını öz maşının baqajına qoyaraq boş sahəyə aparıblar. Orada isə ona azı 13 bıçaq zərbəsi vurulub. Sinə və bel nayihəsindən alınan zədələrdən sonra adı açıqlanmayan şəxs dünyasını dəyişib.Azərbaycanlı kişinin meyiti izi itirmək üçün boş sahədə basdırılıb."Qətlin izini itirmək məqsədilə şübhəli şəxslər onun meyitini burada basdırıblar. Maşınını isə od vuraraq yandırıblar", deyə hüquq mühafizə orqanlarından məlumat verilib.Xatırladaq ki, bu Rusiyada qətlə yetirilən ilk azərbaycanlı deyil. Belə ki, mart ayında Tver şəhərində 29 yaşlı azərbaycanlı Levitan küçəsində 28 nömrəli evin yanında bıçaqlanıb. İyul ayında isə Moskvada taksi sürücüsü işləyən 36 yaşlı Şahlar Quliyevin meyiti tapıllıb.Avqust ayında Sankt Peterburqda azərbaycanlılar ruslar arasında arasında ölümlə nəticələnən kütləvi dava olub.