Ronaldunun üzü zədədən sonra tanınmaz hala düşüb – VİDEO

Ronaldunun üzü zədədən sonra tanınmaz hala düşüb – VİDEO
 Madridin "Real” klubunun portuqaliyalı futbolçusu Kriştianu Ronaldu tanınmaz hala düşüb.

Oxu.Az xəbər verir ki, "Deportivo” ilə matçda rəqibin sərt müdaxiləsi Ronaldunu çətin vəziyyətə salıb.

O, qarşılaşmanın 86-cı dəqiqəsində rəqibinin sərt müdaxiləsindən sonra qanlar içində qalmışdı. Qaşı açılan ulduz futbolçu həkimlərin köməyi ilə qanı dayandıra bilmişdi.

Ancaq futbolçunun üzünə dəyən zərbə şiş yaradıb. Futbolçu bu görüntünü nə qədər gizlətməyə çalışsa da, operatorlar onun son vəziyyətini çəkə biliblər.

Sfera.az

 



OXŞAR XƏBƏRLƏR