Türkiyə Silahlı Qüvvələri Afrində daha bir yaşayış məntəqəsini aldı
16:41 / 23.01.2018
1338
Türkiyə Silahlı Qüvvələri (SQ) Suriyanın Afrin şəhəri yaxınlığında daha bir yaşayış məntəqəsini terrorçulardan geri alıb.
Sfera.az Trend-ə istinadən xəbər verir ki, Türkiyə qoşunları Hamam kəndini YPG və PYD terrorçularından təmizləyib.
Bir müddət əvvəl isə Türkiyə hərbçilərinin Burseya strateji yüksəkliyini nəzarətə götürdüyü məlumat verilmişdi.
Türkiyə SQ-nin Afrində əməliyyatlara başladığı müddətdən 12 yaşayış məntəqəsi YPG və PYD-dən azad edilib.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.