Şövkət xanımın rejissor əri necə və niyə intihar edib? Şövkət xanımın əli ilə intihar edib?- Detallar

Şövkət xanımın rejissor əri necə və niyə intihar edib? Şövkət xanımın əli ilə intihar edib?- Detallar
 "Bəxtiyar”, "Qızmar günəş altında” kimi filmləri ilə tanınan rejissor Lətif Səfərov 1963-cü ildə gözlənilmədən intihar edir. Zaman-zaman rejissorun intiharı ilə bağlı müxtəlif fərziyyələr danışılıb. Bir fərziyyəyə görə, rejissor Şövkət xanımın əli ilə intihar edib.
Sfera.az Kult.az-a istinadən Lətif Səfərovun ölümü ilə bağlı gəzən fərziyyələr barədə rejissorun həyat yoldaşı, xalq artisti Şövkət Ələkbərovanın tələbəsi Aybəniz Haşımova ilə müsahibəni təqdim edir.
- Lətif Səfərovun həyat yoldaşı, xalq artisti Şövkət Ələkbərovanın tələbəsi olmusunuz. Yəqin ki, haqqında müxtəlif fərziyyələr gəzən intihar faktı barədə daha dolğun bilginiz var.
- Şövkət xanımla 1981-ci ildə Bülbül adına musiqi məktəbində tanış olmuşam. Mən onu görəndə çox həyəcanlanmışdım. O, çox nəhəng insan idi. Təvazökar, səmimi idi. Heç vaxt şöhrətindən sui-istifadə etməzdi. Şövkət xanımı ikinci ana hesab edirəm. Gözəl sənətkar olmaq olar, amma gözəl insan olmaq Allahın lütfüdür. O mənə övlad qayğısı verib. Mən istəyirdim onun həyatını öz dilindən eşidim. Çox zəhimli insan idi. Çəkinirdim ondan. Bir gün təsadüfən Lətif Səfərov haqda söhbətimiz oldu. O, ağır xəstə olub.
- Xərçəng?
- Vərəm. Hətta Şövkət xanım danışırdı ki, o, oğlunu qorxa-qorxa, elə uzaqdan bağrına basırdı. Ehtiyat edirdi ki, birdən xəstəliyi keçər kiməsə. Sevdiyi insana toxuna bilməmək bilirsiz nə deməkdi? Təsəvvür edin, uşaq xəstəliyə yoluxmasın deyə, özündən uzaqlaşdırıb – yollayıb Bərdəyə oxumağa. Şövkət xanıma deyirmiş ki, mən yediyim qablarda yemə sən.
- Xəstəliyinə görə sənətdən, Azərbaycan Kinematoqrafiya İşçiləri İttifaqından uzaqlaşıb?
- Yox, qətiyyən. Sənət dostları xəyanət ediblər ona. Öz əziyyəti ilə qurduğu Birlikdən uzaqlaşdırıblar onu. Onun adından Moskvaya məktub yazıblar. Ən yaxın rejissor dostları edib. Təsəvvür edin, ssenari yazılıb, hər şey hazırdı, son məqamda deyirlər ki, bu filmi başqası çəkəcək. Necə olar adam? Elə bil, min bir əziyyətlə ev tikmisən, hazırdı, gəlib deyirlər ki, sən bu evdə yaşamayacaqsan. Bir sənətkar üçün, özü də aşırı həssas insan üçün çox çətindi. Bu barədə məktub yazıb. İntihardan əvvəl. Səbəbini də yazıb. Bir dostların xəyanəti, bir də xəstəlik. Arxadan zərbəyə dözə bilməyib.
- Şövkət xanım barədə nə isə yazılıb məktubda?


- Bəli. Üzr istəyib ondan. Ki, məni bağışla.
- Bilirsiniz, belə bir iddia var ki, guya Lətif Səfərov Şövkət xanımın əli ilə ölüb. İntihardan əvvəl tüfəngin tətiyini iplə qapıya bağlayıbmış. Şövkət xanım qapını açan kimi...
- Ağ yalandı. Məktubu var.
- Əslində necə olub hadisə?
- Həmin gün sübhdən Şövkət xanıma deyib ki, anana deyə bilərsənmi, gəlib qalsın bizdə. Gecəyarısı ova gedəcəyik dostlarla. Səni oyatmaq istəmirəm. Ayılıb qorxarsan birdən.
- Əvvəlcədən planlaşdırıbmış...
- Hə. Əvvəlcədən planlaşdırıb. Fikri özünə qəsd etmək imiş. Ona görə də Şövkət xanıma anası Hökümə xanımı çağırmağı xahiş edib, istəməyib evdə tək olsun. Şövkət xanım deyir, qəfil atəş səsi gəldi. Qaçdım qonaq otağına, amma gec idi...
Hadisə Şövkət xanımın adıyla səslənir, üzülürəm. Bu barədə məktub var, Şövkət xanımın arxivi var.
- Ümumiyyətlə Şövkət xanım uğurlu sənətkar olsa da, xoşbəxt qadın olmayıb, məncə...
- Həyat yoldaşının ölümü çox sarsıtdı onu. Şövkət xanım onu dərin sevgiylə anırdı. Deyirdi ki, Lətif bəy çox vətənpərvər, sevgiylə yaşayan biri idi. Şövkət xanım qardaşını Böyük Vətən müharibəsində itirmişdi, sonra Lətif bəy, bu da azmış kimi, qızını itirdi...

OXŞAR XƏBƏRLƏR

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski saxlanılıb.   Sfera.az-ın məlumatına görə, Ş.Şıxlin...

Yekaterinburqda 50 azərbaycanlı saxlanıldı

Bu gün Yekaterinburqda 50 azərbaycanlı saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Kütləvi İnformasiya Vasitələrinin (KİV) yaydığı məluma...

Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya

BMT Rusiya ilə Azərbaycan arasında münasibətlərdə artan gərginlikdən xəbərdardır və ümid edir ki, ölkələr öz fikir ayrılıqlarını diplomatik yollarla həll edəcək...

Eks-səfir:"Yaranmış vəziyyət bütün region üçün kifayət qədər riskli və həssasdır"

“Rusiya İmperiyası bütün tarixi dönəmlərində ərazisində yaşayan digər xalqları hər zaman əzərək milli qürurunu və xasiyyətini sındırıb özünə tabe etmə siy...

Putin Makronla telefonda danışdı

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu barədə Yelis...

Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilir.   Sfera.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində Ülviyyə Şükürovan...