Maliyyə Bazarlarına Nəzarət Palatası bu şirkəti cərimələtdirdi

Maliyyə Bazarlarına Nəzarət Palatası bu şirkəti cərimələtdirdi
 Maliyyə Bazarlarına Nəzarət Palatası "ATEF Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) cərimələtdirib.

"Report”un xəbərinə görə, buna səbəb MMC-nin valyuta tənzimi qaydalarını pozması göstərilib.

Palata şirkətin cərimələnməsi barədə Suraxanı Rayon Məhkəməsinə müraciət edib. Məhkəmənin qərarı ilə MMC İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması, Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilinib. Nəticədə şirkətlər qrupu inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin (66000 Avro x 20%=13.200 Avro x 2,0116=26.553,12) 20 faizi həcmində - 26 min 553 manatlıq cərimə edilib.

Qeyd edək ki, "ATEF Şirkətlər Qrupu” MMC yağ transformatorları, gәrginlik transformatorları, komplekt transformator yarımstansiyaları, stabilizatorlar vә s. mәhsullar istehsal edir. 
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...