Bakıda 23 YPX maşını avtoxuliqanı belə tutdu - VİDEO

Bakıda 23 YPX maşını avtoxuliqanı belə tutdu - VİDEO
 Bakıda avtoxuliqanlıq edən "NAZ Lifan” markalı avtomobilin saxlanma əməliyyatının görüntüləri yayılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Oxu.Az-a bildirib ki, saxlanma əməliyyatında 23 yol polisi avtomobili yox, üç patrul avtomobili iştirak edib.

"NAZ Lifan” markalı, "90 UR 366” dövlət nömrə nişanlı avtomobil 09.12.1985-ci il təvəllüdlü, Suraxanı qəsəbəsində qeydiyyatda olan Ağasıyev Ramin Niyazi oğlu tərəfindən sürücülük vəsiqəsi olmadan, üç dostu ilə birgə Bakı şəhər ərazisində dövlət nömrə nişanı olmadan idarə edildiyi üçün Neftçilər prospektində saxlama işarəsi verilib. Lakin avtomobilin sürücüsü "Saxla” əmrinə tabe olmayıb. Sürücü avtomobili olduqca təhlükəli və sürətlə idarə etdiyini üçün yol polisi avtomobili onu yaxından təqib etməyib. 

"Təhlükəli və sürətlə avtomobil idarə etdiyini, hərəkət iştirakçılarına real təhlükə yaratdığını görüb həmin avtomobil şəhərin mərkəzi küçəsindən kənar istiqamətə, yəni Nobel prospektinə məqsədli olaraq yönəldilib, bu prospektdə süni sıxlıq yaradaraq sürücü və sərnişinlərlə birgə saxlanılıb. Sürücü qaçmağa cəhd göstərib, lakin yol polisinin sayıqlığı nəticəsində saxlanılıb”.

V.Əsədov bildirib ki, peşəsi rəngsaz olan sürücü barəsində məhkəmənin qərarı ilə 30 sutka həbs verilib: 

"Araşdırma zamanı məlum olub ki, "NAZ Lifan” markalı, "90 UR 366” dövlət nömrə nişanlı avtomobil dövlət tərəfində əlilə verilib. Avtomobil sahibi də maşını idarə etmək üçün sürücülük vəsiqəsi olmayan şəxsə verib. Nəticədə belə mənzərə yaranıb”.

Hadisə ilə əlaqədar görüntüləri təqdim edirik:

 



OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...