Azercell-dən yeni fırıldaq - balansınızdan hər həftə pul çıxılır

Azercell-dən yeni fırıldaq - balansınızdan hər həftə pul çıxılır
 Azercell abonentlərinin balansından hər həftə 1 manat silinir.

Bu barədə BAKU.WS-ə şikayətlər daxil olub.

Abonentlərdən birinin məlumatına görə, Azercell-in heç bir internet paketindən istifadə etmədiyi halda hər həftə balansından 1 manat silinir və ona əvəzində 200 MB internet verilir.

Bildirilir ki, 200 MB internetdən 1 həftə ərzində istifadə olunmalıdır.

Abonent qeyd edir ki, o, yalnız wi-fi vasitəsilə internetə qoşulduğu halda Azercell-dən mesaj gəlib ki, 200 MB hədiyyə internet paketi aktivləşdirildi.

"Halbuki mən bunu istəmirdim. İcazəm olmadan paketi aktivləşdiriblər. Birinci həftə pulsuz internet paket təqdim olunur və həmin həftə bitdikdən sonra növbəti həftələrdə hər dəfə balansımdan bir manat çıxılır. 2525-ə STOP yazıb göndərsəm də paket ləğv olunmadı, mesajımın səhv olduğu barədə məlumat verildi”, - deyə abonent bildirib.

Məsələ ilə bağlı Azercell ilə əlaqə saxladıq. Şirkətdən BAKU.WS-ə bildirildi ki, bu Azercell müştəriləri üçün yeni kampaniyadır.

"Birinci həftə pulsuz internet paketi təqdim olunur. Paket aktivləşdirilərkən necə dayandırılması barədə də mesaj göndərilir. Paketi deaktiv etmək üçün "7-” yazaraq 2525-ə göndərmək lazımdır”, - deyə şirkətdən bildirilib.

Şikayətçi abonent isə Azercell-dən ona göndərilən mesajları təqdim edərək bildirdi ki, paketin dayandırılması barədə Azercell-dən ona heç bir məlumat göndərilməyib.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...