Azərbaycanda adam öldürən manyakı kənd sakinləri belə tutdular - VİDEOya çəkdilər

Azərbaycanda adam öldürən manyakı kənd sakinləri belə tutdular - VİDEOya çəkdilər
 Xəbər verdiyimiz kimi, Lənkəran rayonunun Liman şəhəri ərazisində evlərə girərək sakinləri döyməkdə şübhəli bilinən şəxs tutulub.

Tutulan şəxs Liman şəhəri M.Ə. Rəsulzadə küçəsində qeydiyyatda olan 1991-ci il təvəllüdlü Fərrux Sabir oğlu Zeynalovdur.

Sfera.az Unikal.org-a istinadən xəbər verir ki, Lənkəran rayon sakinlərini təşvişə salan manyak rayonun  Şağlaser kəndində saxlanılıb. Onu tutan şəxslər isə kənd sakinləri olub. Bildirlib ki, Fərrux Zeynalov Xərxatan kəndindəki bir neçə evə daxil olaraq sakinlərə hücum edərək, evə zərər verib. Tutulan manyak Şağlaser kəndində saxlanılsa da özü bu rayona qonaq gəldiyini deyir. 

Qeyd edək ki, Liman şəhər sakini olan iki nəfər yanvarın 13-də, daha iki nəfər isə yanvar 14-də evlərində döyülüb. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Döyülənlərdən 1972-ci il təvəllüdlü Samirə Miriyeva xəstəxanada dünyasını dəyişib.

Həmin görüntüləri təqdim edirik:
 


OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...