Bu ölkədə qadınlara avtomobil sürmək qadağan olundu

Bu ölkədə qadınlara avtomobil sürmək qadağan olundu
Türkmənistanda qadınlara sükan arxasına keçmək qadağan olunub. Ötən ilin dekabr ayında yol polisi qadınlara bu barədə sadəcə xəbərdarlıq olunurdusa, cari ilin yanvar ayından onların sürücülük vəsiqələri əlindən alınır, avtomobilləri isə cərimə meydançasına aparılır.

Bu barədə "Türkmənistan alternativ xəbərləri” məlumat yayıb.

Yerli sakinlərdən biri deyib ki, qadınlar sükan arxasına keçməyə qorxurlar, və iş yerlərinə onları kişilər aparırlar. Bundan əlavə dövlət müəssisələrində işləyən qadınlardan avtomobil sürməyəcəklərinə dair yazılı şəkildə razılıq alınıb.

Qeyd edilir ki, Türkmənistanın daxili işlər naziri İsgəndər Mulikov prezident Qurbanqulu Berdımuhammedova ölkədə baş verən qəzaların əksəriyyətinin qadınların günahından və ya onların iştirakı ilə baş verməsi ilə bağlı statistika təqdim edib. Prezident isə bundan sonra "müvafiq göstərişlər” verib.

oxu.az

OXŞAR XƏBƏRLƏR

MİQ-də qiymətləndirmə bu meyarlarla aparılır

“Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə imtahanda namizədlər fənn, pedaqogika və fənnin tədrisi metodikası üzrə suallar əsasında qiymətləndirilirlər”. ...

"Namizədlər arasında gənclər çoxdur"- MÜTDA rəsmisi

“Üç gündür davam edən imtahan prosesi sabah və növbəti gün də keçiriləcək. 70 minə yaxın müraciətin daxil olması müəllimlik peşəsinə marağın artmasından x...

Bakının bəzi ərazilərində su kəsiləcək - Magistral Kəmər Yenilənir

Bakıda magistral su kəməri yenilənir.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin ...

“1001 Sevinc”də 1 manata 5 "iPhone 16 Pro Max" uduldu

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”  oyunçularını sevindirməyə davam edir.  Bu dəfə ...

"Sabit tarif aylıq 1 manatı aşmayacaq" - Nazir müavini

"Sabit tarifin tətbiqində məqsəd xidmətin keyfiyyətinin artırılması, xərclərin istehlakçılar arasında daha ədalətlə bölünməsi və bunun tariflərin artırılma...

Yeni cərimələr müəyyənləşdi

Qeyri-hökumət təşkilatı tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına dair cərimələr müəyyənləşdi...