Cahangir Hacıyevin "sağ əli" xaricdə yaxalanıb, Bakıya gətirildi (DETALLAR)

Cahangir Hacıyevin
 Azərbaycan Beynəlxalq Bankının hazırda həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin dövlət bankından milyardlarla dolları talamaq üçün qurduğu sxemin əsas fiqurlarından biri Emin Sadiq qonşu ölkələrdən birində yaxalanıb və Bakıya ekstradisiya olunub.

Sfera.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat verilib. Emin Sadiqin yanvarın 13-də Bakıya ekstradisiya olunduğu bildirilir. 



İstintaqın versiyasına görə, E.Sadiq Cahangir Hacıyevin və Beynəlxalq Bankın işi üzrə əsas fiqurantlardan biridir, bankın talanmasına yönəlmiş maliyyə maxinasiyalarının birbaşa iştirakçısıdır. E.Sadiq konkret olaraq Qazaxıstanda neft yatağının istismarına yönəlmiş investisiyanın mənimsənilməsində ittiham olunur. Söhbət Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə bankı "MBA-Moskva” tərəfindən ayrılmış 60 milyon dolların mənimsənilməsindən gedir. Habelə E.Sadiq "MBA-Moskva” bankına veksellərin satışında dələduzluq əməlinə yol verib.

Xatırladaq ki, bundan əvvəl virtualaz.org Emin Sadiqin işi üzrə bir neçə araşdırma dərc etmişdi. Məlum olmuşdu ki, Cahangir Hacıyev biznesmen Hafiz Məmmədova məxsus "Bahar Energy” şirkətini reyder üsulu ilə ələ keçirdikdən sonra şirkətin faktiki talanmasını Emin Sadiqə həvalə edib.

Həmin vaxta qədər Emin Sadiq BP şirkətində işləmişdi və oradan yol verdiyi xidməti pozuntulara görə qovulmuşdu. Lakin Azərbaycan və Böyük Britaniya vətəndaşı olan Emin Sadiq tezliklə "Bahar Energy” şirkətinə başçılıq etməyə başladı. Təyinatının ilk ayları ərzində şirkətdən bütün mütəxəssisləri işdən azad etdi, öz dostlarını və tanışlarını şirkətə gətirib onlara böyük pullar verməyə başladı. Məsələn, Emin Sadiqin şəxsi katibəsi Ukraynadan olan tanınmış model Ninel Kolomoytseva idi.

Emin Sadiq həmçinin Bakıdakı "Lacoste” mağazalar şəbəkəsinin sahibi kimi tanınırdı. Həmin mağazalar şəbəkəsini Britaniya vətəndaşlığını alandan sona açmışdı.

OXŞAR XƏBƏRLƏR

Boşanma zamanı kredit borclarını kim ödəməlidir? - Vəkil AÇIQLADI

Ailə münasibətlərində baş verən dəyişikliklər, xüsusilə boşanma, tərəflərin həyatında həm psixoloji, həm də maliyyə baxımından yeni vəziyyətlər yaradır. Bu pros...

200 dövlətdən neçəsi Rusiyaya ümid olub ayaqda qalır?

“Rusiya tərəfindən pomidor və Azərbaycanın digər kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyulması çağırışları çox yersizdir”.   S...

ABŞ-da azərbaycanlı mədəniyyət xadimlərinə medal verildi

Komitə əməkdaşlarının ABŞ-yə səfəri zamanı Nyu York şəhərində fəaliyyət göstərən Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin (National Music & Global Cul...

Ölən direktor Hökümənin bibisi oğlu imiş - FOTO

Xəbər verdiyimiz kimi, Naxçıvanda məktəb direktoru Adim Yusibov faciəvi şəkildə ölüb.   Sfera.az metbuat.az-a istinadən xəbər verir ki, hadisə Orduba...

Əfqanıstanın Baş nazirinin müavini Füzulidə

Əfqanıstanın Baş nazirinin müavini Əbdül Qəni Baradar İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 3-də Füzuli rayonun...

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana səfər gəlib - FOTO

Qırğız Respublikasının Prezidenti Sadır Japarov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 3-də Azərbaycana səfərə g...