Bu müəllimlərin maaşı artırılacaq - VİDEO

Bu müəllimlərin maaşı artırılacaq -  VİDEO

Uzun müddətdir ki, gündəmdə olan Azərbaycanın bölgələrində işləyən müəllimlərin diaqnostik qiymətləndirməsi məsələsi realaşmaq üzrədir. Bu qiymətləndirmədən üzü ağ çıxan müəllimlərin maaşı da artırılacaq.

Bölgələrdə 190 manat, hətta ondan da az əmək haqqı alan müəllimlər çoxdur. Elə müəllimlərin sınaq qiymətləndirilməsi prosesini səbirsizliklə gözləmələri də buna görədir.

Müəllim Mehriban Hacıyeva deyir ki, diaqnostik qiymətləndirmə bir növ müəllimlərin məsuliyyətini və onların özünə inamını bir daha artırır.

Diaqnostik qiymətləndirilmə təcrübəsi artıq paytaxtda 30 min müəllim üçün sınaqdan çıxarılıb. Sınaq qiymətləndirmənin yekunu olaraq isə imtahanda yüksək nəticə göstərən müəllimlərin əmək haqqı artırılıb.

120 minlik müəllim ordusunun daha 30 mini üçün diaqnostik qiymətləndirmə bu dəfə bölgələrdə keçiriləcək. Artıq sınaq qiymətləndirmənin keçiriləcəyi tarixlər də bəlli olub.

“Təbii ki, müəllimlərin hamısı yüksək səviyyədə bu diaqnostik qiymətləndirməyə hazır olmaya bilər. Buna baxmayaraq müəllim bu diaqnostik qiymətləndirmədə iştirak edəcəksə, o, hansısa bir uğura imza atmış olacaq”, – deyə Təhsil Şurasının sədri Əjdər Ağayev bildirib.

Bölgələrdə keçiriləcək sınaq qiymətləndirmə paytaxt məktəblərinin müəllimlərinin yoxlanılmasından nisbətən fərqlənəcək.

“Diaqnostik qiymətləndirmənin məzmununa gəlincə, heç bir dəyişiklik olunmayıb. İstər ixtisasla bağlı, istərsə də metodiki sullarla bağlı. Hazırda 40-ı ixtisas, 20-si isə metodiki suallardır. Ümumilikdə isə 60 sual olacaq. Sualları cavablandırmaq üçün müəllimlərə 90 dəqiqə vaxt veriləcək. Burada ancaq yeganə dəyişiklik formatla bağlıdır. Belə ki, Bakıda kağız üzərində imtahan idisə, indi rayonlarda bu kompyüter formatında olacaq”, – deyə insan resursları şöbəsinin müdir müavini İlham Nağıyev qeyd edib.

Diaqnostik qiymətləndirmə müəllimlərin əmək haqlarının artılmasını vəsilə olmaqla yanaşı, həm də saxta diplomla işləyənlərin aşkara çıxmasınada kömək edəcək.

Sınaq qiymətləndirmə mərhələli şəkildə respublikanın bütün bölgələrini əhatə edəcək.

Sfera.az


OXŞAR XƏBƏRLƏR