Avtoxuliqanlıq belə olur – Bakıda 10 CV 080-dan - VİDEO
«Avtoxuliqan necə olur» sualına bu videoda cavab tapa bilərsiniz
Bəzən avtoxuliqanlığın müəyyənləşdirilməsi ciddi müzakirələrə səbəb olur. Hansı ki, qanunda bununla bağlı maddədə hər şey açıq-aydın yazılıb. Doğrudur, bəzən maşının ön tərəfini qaldıran, «danq-danq» siqnal verən, qoşa xətti tapdalayan sürücünü də saxlayıb avtoxuliqan kimi məsuliyyətə cəlb edirlər. Amma ümumilikdə qeyd olunan xətaların qanunvericilikdə ayrı-ayrı cəriməsi var. Avtosfer.az-ın təqdim etdiyi bu videodakı «Niva» markalı, 10 CV 080 dövlət nömrə nişanlı avtomobillin hərəkətlərində isə avtoxuliqanlığın əksər elementləri var. Məsələn, yol hərəkəti qaydalarını davamlı olaraq pozur, təhlükəli manevrlər edir, ötmə-manevr qaydalarını pozur, piyada keçidində piyadalara yol vermədən hərəkəti davam edir. Avtomobilin «peredoku» da sürücünün «normalarına tam uyğundur». Bir sözlə, «avtoxuliqan necə olur» sualına bu videoda cavab tapa bilərsiniz…