5 yaşlı qız eskalatordan yıxıldı - VİDEO
Cəmiyyət
22:50 / 29.10.2015
1361
Rusiyanın Yeni Urenqoy şəhərində 5 yaşlı qız eskalatorda nəzarətsiz qalıb, yıxılıb.
O, ikinci mərtəbədən düşüb.
Sfera.az LifeNews-a istinadən bildirir ki, hadisə "Solneçnı" ticarət mərkəzində baş verib.
Uşaq ticarət mərkəzində xalası ilə birlikdə idi. 5 yaşlı Linara ikinci mərtəbədə eskalatorda oynayırmış. O, məhəccərə dırmaşmaq istəyib, amma özünü saxlaya bilməyib, eskalatorla sədd arasındakı boşluğa düşüb.
Linara eskalatorun sürahisinə dırmaşanda onun xalası telefonla danışırdı.
Uşaq yıxılanda və bir əli ilə sürahidən sallaşanda xalası onu tutmaq istəyib, amma alınmayıb.
Hadisə yerinə çağırılmış təcili yardım maşını Linaranı və xalasını xəstəxanaya aparıb.
Uşağın durumu normaldır.