Bu avtomobillər üçün texniki baxış müddəti başladı - Cəriməsi olan sürücülərin nəzərinə - VİDEO

Bu avtomobillər üçün texniki baxış müddəti başladı - Cəriməsi olan sürücülərin nəzərinə - VİDEO
 Bu ayın əvvəlindən MDB dövlətlərində istehsal olunan nəqliyyat vasitələrinin texniki baxışına start verilib. Cəriməni ödəməyən sürücülərin avtomobilləri texniki baxışdan keçirilməyəcək. Lakin bəzi istisnalar da var.

Cəriməni ödəməyən sürücülərin nəqliyyat vasitələri texniki baxışdan keçirilməyəcək.

Baş dövlət yol polisi idarəsinin şöbə müdiri Kamran Əliyev deyir ki, yanvarın 1-dən etibarən MDB dövlətlərində istehsal olunan nəqliyyat vasitələrinin texniki baxışına start verilib.Buna görə də,sürücülər texniki baxışdan keçmədən öncə törədilən müvafiq inzibati xəta ilə bağlı cərimələri ödəmələri tövsiyə olunur.

Kamran Əliyevin sözlərinə görə ,əgər ödəniləcək cərimənin müddəti 2 ayı keçməyibsə bu halda da sürücülərin narahat olmasına ehtiyyac yoxdur.Törədilən inzibati xəta ilə bağlı materiallar hər hansısa səbəbdən yəni,sahibi və ya nəqliyyat vasitəsini idarə edən şəxs qeydiyyat ünvanı üzrə yaşamırsa, həmin avtomobilin sahibini tapıb sənədləri ona çatdırmaq mümkün olmayıbsa belə vəziyyətdə də sürücülər nəqliyyat vasitəsini texniki müayinədən rahatlıqla keçirə bilərlər.Əsas yenilik isə, texniki baxışdan keçməyən sürücülərin xüsusi avadanlıq vasitəsilə aşkar edilərək cərimə olunması ilə bağlıdır.

İdarənin Dövlət Avtomobil müffətişi Elgiz Teymurov deyir ki,sürüclər əksər hallarda qoyulan müddətin sonuna yaxın müayinə mərkəzinə gəlirlər ki,bu da sıxlığın yaranmasına səbəb olur

Qeyd edək ki,yanvarın birindən başlayan MDB dövlətlərində istehsal olunan nəqliyyat vasitələrinin texniki baxış müddəti aprelin 30-də bitir. //xezerxeber.az


OXŞAR XƏBƏRLƏR

BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib

Birləşmiş Ərəb Əmirlikləri istiqamətində hərəkət edən iki reys, İran ərazisi üzərində hava məkanının müvəqqəti məhdudlaşdırılması səbəbindən marşrutunu dəyişərə...

Rusiyada azərbaycanlı iş adamı belə həbs edildi- ANBAAN VİDEO

Voronejdə azərbaycanlı sahibkar Yusif Xəlilov həbs edilib.   Sfera.az xəbər verir ki, bu haqda “Report” məlumat yayıb.   Y.Xəl...

Azərbaycanlı diaspor rəhbəri də Yekaterinburqda SAXLANILDI - VİDEO

Rusiyada daha bir azərbaycanlı iş adamı saxlanılıb. Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Telegram kanalları video görüntülə yayıb. Gö...

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...