Lənkəranda müəmmalı hadisə: evlərə basqın edib, insanları döyən şəxs kimdir? - VİDEO

Lənkəranda müəmmalı hadisə: evlərə basqın edib, insanları döyən şəxs kimdir? - VİDEO
 Lənkəran rayonunun Liman şəhərində müəmmalı hadisələr baş verir. 

Sfera.az lent.az-a istinadən xəbər verir ki, ötən gecə şəhər sakini, 16 yaşlı Abdullayev Heybət Rüfət oğlu və 55 yaşlı Həsənov Nəcəfqulu Şükür oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Bildirilir ki, döyülən şəxslər qonşu olub. Onların evləri bir-birindən təxminən 200 metr məsafədə yerləşir. Belə ki, 16 yaşlı oğlan qaranlıqda tanımadığı şəxsin hücumuna məruz qaldığını deyib. Nəvəsi ilə tək yaşayan Nəcəfqulu Həsənov da onu döyən adamı tanımadığını deyib.

Qeyd edək ki, iki gün əvvəl də Liman şəhəri ərazisində 68 yaşlı Humay Qarayeva və onun qızı 45 yaşlı Samirə Miriyevayaşadıqları evdə vəhşicəsinə döyülüb. Onlar çox ağır xəsarətlər aldığından xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və Samirə Miriyeva aldığı xəsarətlərdən keçinib.

Hazırda hüquq-mühafizə orqanları Liman sakinlərinin kabusuna çevrilən şəxsin yaxalanması istiqamətində tədbirlər həyata keçirilir. Bəzi sakinlər gecə saatlarında küçədə hündür boylu naməlum şəxsin gəzdiyini deyiblər.
 


OXŞAR XƏBƏRLƏR

BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib

Birləşmiş Ərəb Əmirlikləri istiqamətində hərəkət edən iki reys, İran ərazisi üzərində hava məkanının müvəqqəti məhdudlaşdırılması səbəbindən marşrutunu dəyişərə...

Rusiyada azərbaycanlı iş adamı belə həbs edildi- ANBAAN VİDEO

Voronejdə azərbaycanlı sahibkar Yusif Xəlilov həbs edilib.   Sfera.az xəbər verir ki, bu haqda “Report” məlumat yayıb.   Y.Xəl...

Azərbaycanlı diaspor rəhbəri də Yekaterinburqda SAXLANILDI - VİDEO

Rusiyada daha bir azərbaycanlı iş adamı saxlanılıb. Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Telegram kanalları video görüntülə yayıb. Gö...

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...