Apple-ın gəliri rekord vurur

Apple-ın gəliri rekord vurur

Şirkətin qiymətli kağızlarının dəyəri 0,6% artıb.Apple Inc şirkəti üçün 2015-ci maliyyə ili onun tarixində ən uğurlu il olub: gəlir 28% - təxminən 234 milyard dollara çatıb, Apple şirkətinin rəhbəri Tim Kuk bildirib.

 Bu barədə Sfera.az interfax.ru-ya istinadən xəbər verir.“2015-ci maliyyə ili Apple tarixində ən uğurlu il olub, gəlirlər 28% - təxminən 234 milyard dollar artıb”, - Tim Kuk bəyan edib.2015-ci ilin dördüncü rübündə şirkət Çində iPhon smartfonuna olan tələbat sayəsində Uolt-stritin gözlədiyindən daha çox gəlir əldə edib.

 Bununla yanaşı, iPhone və Mac kompüterlərinin satış həcmi rekord həddə çatıb.Dünyanın ən bahalı şirkətinin qiymətli kağızlarının dəyəri oktyabrın 27-də əsas sessiyasının bağlanışından sonra Nyu-York satışlarında 0,6% artıb.Şirkətin hesabatında qeyd edildiyi kimi, 2015-ci ilin sentyabr ayının 25-də sona çatan IV maliyyə rübü ərzində onun gəliri 31% - 11,1 milyard dollara qədər artıb, bir il öncə analoji dövr üçün bu göstərici 8,5 milyard dollar idi. 

Aksiyalardan gələn gəlir buyback proqramı fonunda 38%, 1,42-dən 1,96 dollara qədər artıb.Apple-ın rüblük gəliri 22% - 42,12 milyarddan 51,5 milyard dollara qədər artıb. Gəlirin 62%-i beynəlxalq satışların payına düşür. 

Bloomberg tərəfindən sorğuya cəlb edilən analitiklər Apple-ın gəlirlərini 10,8 milyard dollar və ya 51 milyard dollar gəliri zamanı aksiya üçün 1,88 dollar kimi proqnozlaşdırıblar.

 Şirkətin öz proqnozunda da ən yüksək gəlir 51 milyard dollar idi.Analitiklər Apple-dən oktyabr-dekabr ayları ərzində orta hesabla 77 milyard dollar səviyyəsində gəlir – 18,1 milyard dollar və ya aksiya üçün 3,22 dollar gəlir olacağını gözləyirlər. 

Birinci maliyyə rübü üçün milad satışları mövsümünə düşür, ona görə də o, dövr Apple və bu sahənin digər şirkətləri üçün ən əlverişli mövsüm hesab edilir.


OXŞAR XƏBƏRLƏR