Bakıda terror hazırlayan İŞİD-çi məhkəmə qarşısında

Bakıda terror hazırlayan İŞİD-çi məhkəmə qarşısında
 Terrorçuluğa cəhddə və silahlı cinayətkar dəstə yaratmaqda təqsirləndirilən Fərid Sadıqov barəsindəki hökmdən apellyasiya şikayəti verib.

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, "Əbdülxaliq" dini ləqəbli F.Sadıqov İŞİD terror təşkilatının ideyalarının Azərbaycanda qəbul olunması və cinayətkar məqsədlər üçün Qərib Dəmirov, Məhəmməd Ulubəyov və digər şəxslərlə əlaqəyə girib. Onlar Bakı Dövlət Universiteti, İslam Universiteti, Neft Akademiyasında terror həyata keçirmək, əhali arasında vahimə yaratmaq istəyiblər. Dəstə üzvləri şimal zonasında olan şərab mağazaları, lombardlara hücum etməyi planlaşdırıblar. Dəstə üzvləri Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı öldürülüb, F.Sadıqov isə həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Sadıqov 11 il müddətinə azadlıqdan məhrum edilib. Onun şikayəti üzrə məhkəmə prosesinin ilkin baxış iclası yanvarın 16-na təyin edilib. Prosesə Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımov sədrlik edir.

OXŞAR XƏBƏRLƏR

BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib

Birləşmiş Ərəb Əmirlikləri istiqamətində hərəkət edən iki reys, İran ərazisi üzərində hava məkanının müvəqqəti məhdudlaşdırılması səbəbindən marşrutunu dəyişərə...

Rusiyada Azərbaycanlı iş adamı belə həbs edildi- ANBAAN VİDEO

Voronejdə azərbaycanlı sahibkar Yusif Xəlilov həbs edilib.   Sfera.az xəbər verir ki, bu haqda “Report” məlumat yayıb.   Y.Xəl...

Azərbaycanlı diaspor rəhbəri də Yekaterinburqda SAXLANILDI - VİDEO

Rusiyada daha bir azərbaycanlı iş adamı saxlanılıb. Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Telegram kanalları video görüntülə yayıb. Gö...

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...