İlham Əliyevin fərmanı ilə: Ramin Quluzadə "supernazir" oldu
Kriminal
11:04 / 13.01.2018
1817
Xəbər verdiyimiz kimi, Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yeni strukturu təsdiqlənib.
Sfera.az xatırladır ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.
Fərmana əsasən, Dövlət Dəniz Agentliyi və Dövlət Mülki Aviasiya Agentliyi Ramin Quluzadənin rəhbərlik etdiyi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərkibinə daxil edilib.
Onu da xatırladaq ki, bundan əvvəl ləğv edilmiş Nəqliyyat Nazirliyi də R.Quluzadənin rəhbərlik etdiyi quruma birləşdirilmişdi.
Beləliklə, bü gündən Ramin Quluzadənin nazirliyi yeni səlahiyyətlər aldı və o özü indi haqlı olaraq "supernazir" adlandırıla bilər.
Virtual.org