Azərbaycanda daha bir vəzifəli məmur işdən çıxarıldı

Hadisə
17:23 / 08.01.2018
1115
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı yanında Avtomobil Nəqliyyatı ilə Sərnişin Daşıma İdarəsinin rəisi Seyfulla Əsədullayev tutduğu vəzifədən azad olunub.
Sfera.az ölkə.a-a istinadən məlumata görə, Seyfulla Əsədullayevin fəaliyyətində ciddi nöqsanlara yol verdiyi deyilir.
Hələlik onun yerinə təyinat yoxdur.
Xatırladaq ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Faiq Kərimov da vəzifədən kənarlaşdırılıb.