Polislər çeçen \"oğru\"nu Lotu Qulidən xilas etdilər

Polislər çeçen \
 Yeni il öncəsi Moskvada hüquq-mühafizə orqanları qanuni oğrular Nadir Səlifovla (Lotu Quli) Əziz Batukayevin qruplaşmaları arasında qanlı toqquşmanın qarşısını alıblar.

Bu barədə Sputnik Azərbaycan "Primecrime"-a istinadən məlumat verir.

Məlumata əsasən, kriminal avtoritetlər Moskvanın 3 bazarını bölüşdürə bilməyiblər və toqquşmanın səbəbi də bu olub. Belə ki, Əziz Lotu Quliyə məxsus bazarları ələ keçirmək istəyib. Lotu Quli 700-dək döyüşçü toplayıb və bundan sonra Əzizdən görüşmək və söhbəti dar çərçivədə həll etmək təklifini alıb.



Lakin təyin edilmiş görüşün baş tutmasına polislər mane olublar.

Primecrime bildirir ki, Quli və Əziz arasında bu məsələ ilə əlaqədar baş tutmuş telefon danışığında tərəflərin nümayiş etdirdikləri danışıq tonu baş tutmamış görüşün heç də sakit keçməyəcəyini göstərirmiş.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR