Azərbaycanda marketə hücum: 1 ölü, 4 yaralı - TƏFƏRRÜAT

Azərbaycanda marketə hücum: 1 ölü, 4 yaralı - TƏFƏRRÜAT
 Goranboy rayonunda baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı cinayət işi başlanılıb, hadisəni xuliqanlıq zəminində törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Goranboy rayon prokurorluğu və rayon Polis Şöbəsindən Trend-ə verilən birgə məlumatda bildirilir ki, yanvarın 4-də saat 21 radələrində Goranboy rayon sakinləri Rəvan İsmayılov və digərlərinin ictimai qaydanı kobud surətdə pozaraq rayonun Dəliməmmədli şəhəri ərazisində aralarında yaranmış mübahisə zəminində Elxan Həsənova, Fəxrəddin Məmmədova, Anar Hətəmiyə, Nicat Əliyevə və Zülfüqar Cabbarova bıçaqla müxtəlif dərəcəli bədən xəsarətlərinin yetirməsi, nəticədə sonuncunun aldığı xəsarətlərdən xəstəxanada vəfat etməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğu və rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.

Prokurorluq və polis orqanları əməkdaşlarının birgə həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni xuliqanlıq zəminində törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü R.İsmayılov tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayətin digər iştirakçılarının dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Cümşüdün toyu olacaqmış: Ürəkparçalayan məktub - FOTO

Bir neçə gün əvvəl Bakıda faciəvi şəkildə həlak olan Cümşüd Cümşüdlünün məzarını sevgilisi ziyarət edib.   Sfera.az Azxeber.com-a istinadən xə...

Laçında İƏT-in Qadınlar Forumu keçirilir

İyulun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq “İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Həftəsi” çərçivə...

Yekaterinburqda azərbaycanlıları öldürən OMON-çuların FOTOSU

Rusiyanın Yekaterinburq şəhərində iyunun 27-də hüquq-mühafizə orqanlarının azərbaycanəsilli şəxslərə qarşı həyata keçirdiyi hücumda və soydaşlarımızın qətlində ...

Yekaterinburq hadisəsi: Baş Prokurorluqda brifinq keçirilir

Xəbər verdiyimiz kimi, Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin (FTX) keçirdiyi əməliyyat zamanı iki azərbaycanlının öldürülməsi ...

Azərbaycanda 100 nəfərə yaxın insan ZƏHƏRLƏNİB, 3-ü dünyasını dəyişib

İyun ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 99 nəfər qəbul edilib.   Bu barədə Sfera.az-a KTM-dən məlu...

Biləcəri qəsəbəsində işıq olmayacaq

Bu gün Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Bu barədə Sfera.az-a “Azərişıq&rdqu...