Bakıda polis maşınla adam vurub öldürdü

Bakıda polis maşınla adam vurub öldürdü
 Bakıda yol polisi əməkdaşı piyadanı avtomobillə vuraraq öldürüb
 
Sfera.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, sosial şəbəkələrdə yeni il ərəfəsində Bakı şəhəri Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində, 10 XX 955 dövlət nömrə nişanlı "Toyota Prado” markalı avtomaşınla, vətəndaşın ölümü ilə nəticələnən avtoqəzanın baş verməsi və qəzanı törədən avtomobilin sürücüsü - polis baş serjantı İbrahimli Nicat Əfqan oğlunun hadisə yerindən qaçaraq gizlənməsi barədə məlumatlar yayılıb.

Həmin məlumatda iddia olunur ki, "Toyota Prado”nun sürücüsünün bu əməli, Nərimanov Rayon Polis idarəsi tərəfindən ört-basdır olunur və bu barədə ictimaiyyətə heç bir məlumat verilmir: "Bakı Şəhər Baş Polis İdarəsi olaraq bildirik ki, məlumatlar həqiqətə uyğun deyil. Dekabrın 28-də Bakı şəhəri Nərimanov rayonu F.Xoyski – 99 ünvanında yerləşən "Ruslan” marketin qarşısında Nərimanov RPİ Dövlət Yol Polisi Şöbəsinin inspektoru, polis baş serjantı İbrahimli Nicat Əfqan oğlu idarə etdiyi 10 XX 955 dövlət nömrə nişanlı "Toyota Prado” markalı avtomaşınla yolu keçmək istəyən piyada, 1962-ci il təvəllüdlü İdrisova Ədilə Tapdıq qızını vurub, sonuncu yolun əks tərəfində hərəkətdə olan Məmmədov Seydi Eldar oğlunun idarə etdiyi "Nissan Sentra” markalı, 90 US 078 dövlət nömrə nişanlı avtomobilin qabaq hissəsinə dəyib, nətcədə piyada Ədilə İdrisova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb və hazırda hərtərəfli araşdırmalarla istintaq davam etdirilir".

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...