Maşın alverçilərinə bəd xəbər - Daha bir qadağa qoyuldu - VİDEO

Maşın alverçilərinə bəd xəbər - Daha bir qadağa qoyuldu - VİDEO
 Sükanın yerinin dəyişdirilməsi təhlükəyə səbəb ola bilər.
 

Yaponiya və Böyük Britaniya istehsalı olan bəzi avtomobillərin sükanının yeri dəyişdirilir. Azərbaycanda da xeyli bu cür maşın var. Mütəxəssislər deyirlər ki, sükanın yerinin dəyişdirilməsi bəzi hallarda təhlükələrə yol aça bilər. Bu səbəbdən də Gürcüstanda sükanın sağdan sola keçirilməsi qadağan edilib. Çünki sükanın yerinin dəyişdirilməsi təhlükəyə səbəb ola bilər. Buna görə də yanvarın 1-dən Gürcüstanda avtomobillərdə sükanın yerinin dəyişdirilməsi qadağan olunub. Avtosfer.az-ın məlumatına görə, mütəxəssislər deyirlər ki, sükanın yeri dəyişdikdə bir neçə mexanizmin də yeri dəyişir. Bu zaman kiçik bir məsuliyyətsizlik böyük faciələrə yol aça bilər. Dəyişdirilən digər hissə isə idarəetmə panelinin şitidir.

Elçin Abbasov deyir ki, dəyişdirilmə zamanı bəzən xırda detallara diqqət yetirilmir. Bu da sürücüyə çətinlik yaradır.

Hüquqşünaslar isə bildirirlər ki, Azərbaycan qanunvericiliyinə görə, sükanı sağda olan avtomobillərin dövlət qeydiyyatına alınması və istismarı qadağandır. Ölkədə kustar üsulla sükanın yerinin dəyişdirilməsinə də icazə verilmir. Lakin bəzi iri avtomobil istehsalçıları öz rəsmi distributorlarına bu işi həvalə edir. Bu da ölkə xaricində baş verir. Onlar da bütün təhlükəsizlik tədbirlərini nəzərə alırlar. Mütəxəssislər sükanın yeri dəyişdirilən avtomobil aldıqda onu detallı şəkildə texniki baxışdan keçirməyi məsləhət görürlər.

 

OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...