Erməninin öldürdüyü beş azərbaycanlı gənc dəfn olundu - Foto

Erməninin öldürdüyü beş azərbaycanlı gənc dəfn olundu - Foto
 Gürcüstanın paytaxtı Tiflisdə yol-qəza hadisəsi nəticəsində həlak olan 5 azərbaycanlı gənc bu gün Sadaxlı kəndində torpağa tapşırılıb.

Teleqraf.com xəbər verir ki, dəfn mərasimində Sadaxlı, eləcə də ətraf kəndlərin sakinləri, Azərbaycanın Gürcüstandakı səfirliyinin ikinci katibi Fəxri Hacıyev və digər şəxslər iştirak ediblər.

F. Hacıyev Azərbaycan hökuməti adından həlak olanların ailələrinə başsağlığı verib, səbr diləyib.

Xatırladaq ki, dekabrın 31-də Yeni ili qeyd etmək üçün Tiflisə gedən Sadaxlı kənd sakinlərinin olduğu "Lada" markalı avtomobil Rusiyadan Ermənistana gedən "Mercedes" markalı avtomobillə toqquşub. Nəticədə "Lada"dakı sürücü və sərnişinlərin hamısı dünyasını dəyişib. "Mercedes"də olanlar isə ciddi xəsarət almayıblar. Dünyasını dəyişən 21 yaşlı azərbaycanlılar vaxtı ilə eyni sinifdə oxuyublar.

Qeyd olunur ki, son illər həm Sadaxlıdan, həm də qonşu kəndlərdən Ermənistana uzanan magistral yolda Ermənistan vətəndaşlarının sürət həddini aşması nəticəsində tez-tez yol-qəza hadisəsi baş verir./gaxa.ge/
 
Sfera.az
 






OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...