Ərdoğan və Papa Qüdsü müzakirə edib

Ərdoğan və Papa Qüdsü müzakirə edib
 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Roma Papası Fransisk arasında telefon danışığı olub.
 
"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə prezident administrasiyası məlumat yayıb.
 
Məlumata əsasən, tərəflər ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı qərarından sonra yaranan problemi müzakirə ediblər.
 
Dialoq zamanı Qüdsdə mövcud vəziyyətin saxlanılmasının lazım olduğu vurğulanıb.
 
Xatırladaq ki, dekabrın əvvəlində Tramp ABŞ səfirliyini Təl-Əvivdən Qüdsə köçürülməsi barədə qərar verib. Sözügedən qərar İsrail tərəfi istisna olmaqla bir çox dünya ölkələrinin etirazına səbəb olub.
 
Qeyd edək ki, BMT Baş Assambleyası ötən həftə ABŞ-ın Qüdslə bağlı qərarının tanımamaq barədə sənəd qəbul edib. Səsvermə zamanı 128 ölkə leyhinə, 9 əleyhinə, daha 35 dövlət isə iştirak etməyib.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR