“Nar”-dan Yeni il endirimi: Limitsiz “Turbo” paketlərlə daha çox internet qazan!

18:15 / 28.12.2017
712
Bayram günlərində "Nar” istifadəçiləri endirimli qiymətə daha çox internet əldə edə biləcəklər. "Turbo” internet paketlərinin istifadəçilərinin yararlana biləcəyi endirimlər aşağıdakı kimidir:
"Turbo S” paketi – 1 AZN, 200 MB (*777#02#YES)
"Turbo M” paket – 2 AZN, 600 MB (*777#03#YES)
"Turbo L” paketi – 3 AZN, 1,5 GB (*777#04#YES)
"Turbo L+” paketi – 6 AZN, 5 GB (*777#045#YES)
"Turbo XL” paketi – 9 AZN, 7 GB (*777#05#YES)
"Turbo 2XL” paketi – 15 AZN, 20 GB (*777#06#YES)
"Turbo 3XL” paketi – 20 AZN, 40 GB (*777#07#YES)
"Azerfon” şirkəti 21 mart 2007-ci ildə "Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilmişdir. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən "HD-Voice” (High Definition Voice) xidmətini təqdim etmişdir. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Sfera.az