Türkiyə və ABŞ arasında viza problemi həll olundu
Dünya
21:21 / 28.12.2017
871
ABŞ-ın Ankaradakı səfirliyi Türkiyə vətəndaşlarına qeyri-immiqrasiya vizalarının verilməsinə tətbiq olunan məhdudiyyətin aradan qaldırıldığını bəyan edib.
Bu barədə məlumatı Türkiyə KİV-ləri yayıb.
Beləliklə, iki ölkə arasında oktyabr ayında yaranan viza böhranının çözüldüyü bildirilir.
ABŞ səfirliyinin yaxın saatlarda viza böhranının tamamən aradan qaldırılmasına dair açıqlama yayması gözlənilir.
oxu.az