Dünya futbolunun ulduzu Yeni ili Bakıda qarşılayacaq
İdman
15:46 / 28.12.2017
1575
PSJ-nin futbolçusu Dani Alveş Azərbaycana gəlir.
Bu barədə məlumatı sabah.com.tr saytı yayıb.
Xəbərdə bildirilir ki, Braziliya millisinin müdafiəçisi "Hilton” oteldə təşkil ediləcək Yeni il tədbiri üçün Bakıya dəvət edilib. Ulduz futbolçu 2018-ci ili ölkəmizdə qarşılayacaq.
Dekabrın 31-də baş tutacaq şənliyin dəvətliləri arasında Türkiyənin məşhur siması - dj Faruk Sabancı da var. O, bir gecədə səhnəyə çıxmaq üçün 40 min dollar alacaq.
///Apasport.az