“Grand Hospital”da həkim səhvinə görə ölən qızın FOTOLARI - Ailəsi kömək istəyir!

“Grand Hospital”da həkim səhvinə görə ölən qızın FOTOLARI - Ailəsi kömək istəyir!
 Dekabr ayının 5-də "Grand Hospital”da həkim səhvi ucbatından dünyasını dəyişmiş Ayşən Mirzəyeva üzərində aparılan ekspertiza nəticələri ayın sonunda açıqlanacaq.
Sfera.az xəbər verir ki, bu barədə BakuPost.az-a açıqlamasında mərhumun babası Əlimusa Mirzəyev deyib. O bildirib ki, nəvəsinin ölüm işi Nərimanov rayon Prokurorluğunda araşdırılır: "Deyirlər ki, ekspertizanın rəyini gözləyirlər. Ayın axırına açıqlanacağını demişdilər, amma hələ bir şey yoxdur. Gedib ifadə vermişik. Nəvəmin ölümünə səbəb olan invaziv radioloq İlqar Hüseynov da ifadə verib. İzahatında nə dediyini bilmirik, amma biz onu bağışlamamışıq. Onunla aramızda hansısa barışıqdan söhbət gedə bilməz”.

Ə. Mirzəyevin sözlərinə görə, "Grand Hospital”dan onlara İ. Hüseynovun işdən çıxarıldığı deyilib: "Bizə deyiblər ki, həmin həkimi işdən azad etmişik. Amma bizim yasımız var, gedib maraqlanmamışıq ki, düz deyirlər, ya sadəcə bizi sakitləşdirmək üçün belə addım atıblar”.

Mərhumun babası Ayşənin fotolarını da BakuPost.az-a göndərib və mətbuatdan onun nəvəsinin ölüm işinin diqqətdə saxlanılmasını xahiş edib: "Hörmətli media nümayəndələri, xahiş edirəm ki, bizə kömək edəsiniz. Sap-sağlam Ayşənimin ölümünə bais olanların cəzasız qalmasını istəmirik”.

Xatırladaq ki, Ayşən Mirzəyeva noyabr ayının 30-da "Grand Hospital"da damarın hemangioması diaqnozu ilə əməliyyata alınıb. Əməliyyatı invaziv radioloq İlqar Hüseynov aparıb. Proses zamanı damarın bağlanılması üçün istifadə olunan material Ayşən Mirzəyevanın beyninə gedib və qız komaya düşüb. O, dekabr ayının 5-də vəfat edib.




OXŞAR XƏBƏRLƏR

BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib

Birləşmiş Ərəb Əmirlikləri istiqamətində hərəkət edən iki reys, İran ərazisi üzərində hava məkanının müvəqqəti məhdudlaşdırılması səbəbindən marşrutunu dəyişərə...

Rusiyada azərbaycanlı iş adamı belə həbs edildi- ANBAAN VİDEO

Voronejdə azərbaycanlı sahibkar Yusif Xəlilov həbs edilib.   Sfera.az xəbər verir ki, bu haqda “Report” məlumat yayıb.   Y.Xəl...

Azərbaycanlı diaspor rəhbəri də Yekaterinburqda SAXLANILDI - VİDEO

Rusiyada daha bir azərbaycanlı iş adamı saxlanılıb. Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Telegram kanalları video görüntülə yayıb. Gö...

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...