Mədəsində köp olanlara HƏKİM MƏSLƏHƏTİ: Yeməkdən sonra bir fincan için

Mədəsində köp olanlara HƏKİM MƏSLƏHƏTİ: Yeməkdən sonra bir fincan için
 Bir çox insanlar mədələrindəki narahatlıqdan əziyyət çəkir. Çox az yemək yemələrinə rəğmən, yaxud da yedikdən dərhal sonra mədədə xoşagəlməz hallar, köp yaranır. Bəs bu halların yaranma səbəbləri hansılardır? Sfera.az ailem.az-a istinadən türkiyəli diyetoloq Qamze Şanlının məsələ ilə bağlı açıqlamasını diqqətinizə çatdırır.

O bildirir ki, aparılan bəzi araşdırmalar tez-tez saqqız çeynəməyin mədədə köp yaratdığını ortaya qoyub: "Şəkərsiz saqqız çeynəməyin diş çürüklərinin qarşısını aldığını və nəfəsi təravətləndirdiyini bilirik. Yeni aparılan araşdırmalar saqqız çeynəməyin çəkiyə nəzarətə yardım etdiyini, oyanıqlığı və diqqəti artırdığını, stressi azaltdığını göstərir. Bununla yanaşı sıx saqqız çeynəməyin bir mənfi tərəfi var - çox hava udmağa səbəb olduğu üçün mədə və qarında köpün yaranmasına səbəb olur. Qarında köpün olmasının ən önəmli səbəbi hava udmaqdır. Yemək yeyərkən və ya nəsə içərkən az miqdarda hava udmağımız normaldır. Ancaq sürətli yemək və ya içmək, tez-tez saqqız çeynəmək, siqaret çəkmək udulan hava miqdarını artırır".

Q.Şanlı deyir ki, həzm narahatlıqları hər iki cinsdə də sıxlıqla yaşanır: "Çox yemək yeməsəm də, çox şişirəm, elə bil qarnım partlayacaq, qarnım daş kimidir deyən bir çox pasiyentlə qarşılaşmışam. Qarındakı şişkinlik, mədə və bağırsaqlarda qaz yığılması ilə əlaqədar bir vəziyyətdir, ancaq fərqli səbəbləri də ola bilər. Ağır və çox yağlı qidalar yedikdən sonra mədə boşalması gecikir və həzmsizliyə bağlı olaraq yaranan köp stress, həyəcan, həzm sistemindəki infeksiyalar, İrritabl Bağırsaq Sindromu (İBS), Crohn xəstəliyi ilə bağlı da inkişaf edə bilər".

Həkim köpü olanlara bunları məsləhət gördü:

- Nahar yemə müddətinizi tənzimləyin.

- Həzmə kömək etmək üçün az, amma tez-tez qidalanın. Həmçinin yavaş və yaxşı çeynəyərək yemək də əhəmiyyətlidir.

- Köpü azaltmaq üçün hərəkət edin.

- Sağlıqlı həzm sistemi üçün pəhrizinizi tənzimləyin.

- Cəfəri, razyana, tərxun, darçın, zəncəfil kimi bitki və ədviyyatlardan yeməklərinizə qata bilərsiniz.

- Yeməklərdən sonra bir fincan razyana çayı və ya nanə çayı içmək həzmi asanlaşdırıb köp şikayətlərini azalda bilər.

- Köp yaranmasını əngəlləmək üçün duzu azaldın. Gündə bir çay qaşığından çox duz istehlakı bədəndə su yığılmasına səbəb olacağı üçün şişkinlik yaradır.

- Əgər narahatlığınız uzun müddət davam edərsə, mütləq həkimə müraciət edin.

OXŞAR XƏBƏRLƏR

Ötən ay 17 aptekdə yoxlama aparılıb

Bu ilin iyun ayı ərzində 17 aptekdə planlı və plandan kənar yoxlama keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik E...

Əliyev və Japarov Ağdamın Xıdırlı kəndində...

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələs...

Azərbaycanın xarici siyasətində Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur

Azərbaycan beynəlxalq aləmdə müstəqil xarici və daxili siyasət kursu, regional təşəbbüsləri, eyni zamanda regionda sülh və əməkdaşlığa verdiyi önəmli töhfələr s...

"Kişi məndən az pul qazanırsa, ona hörmət edə bilmərəm"

"Mən əgər bir kişidən çox pul qazanacağamsa, o kişiyə hörmət edə bilmərəm".   Sfera.azTürkiyə mediasına istinadən xəbər verir ki, bu sözlər...

Özbəkistan Türk dünyasının dəyərli üzvü və Azərbaycanın müttəfiqidir

Yeni dünya düzəninə keçid dövrü olduqca mürəkkəb və təlatümlü proseslərlə müşayiət olunur. Hətta onilliklər boyu formalaşan ənənəvi əməkdaşlıq formatları belə, ...

Kanadada hava limanında bomba həyəcanı - Uçuşlar ləğv olundu

Kanadada ani xəbərdarlığa görə hava hərəkəti dayanıb.   Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, Kanadada ölkənin iki böyük hava liman...