Azərbaycanlı biznesmeni və arvadını ömürlük həbs gözləyir

Azərbaycanlı biznesmeni və arvadını ömürlük həbs gözləyir
 Dekabrın 25-də axşam saatlarında idarə etdiyi "Range Rover” avtomobili ilə  Rusiyanın Sankt-Peterburq şəhərində məktəbliləri daşıyan avtobusun qarşısını kəsən və sürücünü bıçaqlayan azərbaycanlı biznesmen Əlizadə Mustafayevi və yaralı sürücüyə küt alətlə zərbə endirən arvadı Zülfiyyə Saitmuratovanı ömürlük həbs gözləyir.

Oxu.Az xəbər verir ki, bunu Sankt-Peterburq İstintaq Komitəsinin rəhbərinin KİV-lərlə iş üzrə baş köməkçisi, polkovnik Sergey Kapitonov bildirib.

Kapitonov deyib ki, sürücüyə çoxsaylı bıçaq zərbələri endirən,  bu gün səhər könüllü istintaqa təslim olan Ə.Mustafayevin barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsadət hazırlanır. Onun vətəndaş nigahında yaşadığı arvadı Zülfiyyə Saitmuratovanın isə axtarışları davam edir. Bu səs-küylü cinayətə görə xuliqanlıq zəminində qəsdən adam öldürməyə görə şübhəlilərin barəsində cinayət işi qaldırılıb. "Həmin maddənin ağırlaşdırılmış hal üzrə tətbiqi şübhəlilərin ömürlük həbs cəzası ilə cəzalandırılmasını nəzərdə tutur”-polkovnik Kapitonov deyib.

İlkin məlumatlara görə Ə.Mustafayev avtobus sürücüsünü azyaşlı uşaqların qarşısında bıçaqlamasını söyüşlə əlaqələndirib. İstintaqa ifadəsində deyib ki, avtobus sürücüsü onu arvadının yanında söyüb, bu səbəbdən sürücü ilə dava edib. Dava zamanı avtobus sürücüsü onu boğmağa çalışdığı üçün bıçağa əl atıb. Mustafayevin bildirdiyinə görə, arvadı ilə hadisədən sonra ayrılıblar və onun hazırda harada olduğunu bilmir.

Xatırladaq ki, bu hadisə geniş rezonans doğurub. Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin işi şəxsi nəzarətinə götürüb və şübhəlilərin tezliklə tapılması üçün göstəriş verib.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...