Dilarə boşanmasından danışdı: "Ən böyük sevgim ..." - MÜSAHİBƏ

Dilarə boşanmasından danışdı:
 AZXEBER.COM-un müsahibi 2014-cü ildə Azərbaycanı "Eurovision” mahnı müsabiqəsində təmsil edən Dilarə Kazımovadır.



- Beynəlxalq layihədə iştirak etdiz. Amma nədənsə o yarışdan sonra fəalliyətinizdə yenilik olmadı...

- Mən bu 2 il ərzində inglis dilində albom çıxardım. Bu albom xaricdə satışa çıxarıldı. İstədiyimiz məqsədə az da olsa çatdıq. İndi ana dilimizdə mahnılar ifa etməyə başlamışam. Yaxın günlərdə bir duetimiz də olacaq. Deməzdim ki, fəaliyyətimdə yenilik olmadı.


-Ailə həyatı qurduqdan sonra sanki karyeranıza "stop” dediz…

- Yox əksinə. Ailə həyatından sonra sənətə daha çox üstülük vermişəm.

- Yeni "Dəm–dəm” olmuşam mahnısı qısa zamanda sevildi. Bəs sizi nə dəm edə bilər?
- Gözəl musiqi və mahnı eşitdimsə, dəm oluram.

- "Eurovision”dan sonra bəzi müğənnilərimizə xarici şou-biznesdən təklif gəlir. Sizə elə təklif gəlib?

- Ən çox təklif Ukraynadan oldu. Orada da fəalliyyət göstrirəm. Tez- tez orda çıxış edirəm.

- Təklif gəlsə, yenidən "Eurovision”da iştirak edərsiz?

Tamaşaçı fikirləşə bilər ki, ilk iştirakım uğursuz oldu. Amma mən tam əksini fikirləşirəm. Yer tutmaq çox gözəl bir işdir, bu bizdə alınmadı. O da müsabiqədir və onu da başa düşürük. "Eurovision” mahnım çox xoşuma gəlib, indiyə kimi qulaq asıram. Hətta indiyə kimi yazırlar ki, siz birinci olmalı idiz. Bəzi məqamlar var, tamaşaçı onu bilmir. O məqamlar bizdən aslı deyil.

- Nəyi bilmir tamaşaçı?


- Bu yarışma ən çox smsdən aslıdır. Adamlar onu hiss etməlidir. Mən bir halla qarşılaşdım ki, əvvəl hamı deyirdi ki, mahnın əladır. Ancaq yer tutmadıqdan sonra başladılar pis şeylər danışmağa. Yer tutmasam da əsas çıxış ürəyimcə oldu.

- Ümumiyətlə indiyə kimi "Eurovision” iştirakçılarından kimi özünüzə rəqib görürsüz?

Hər biri ilə dostam, heç birini rəqib görmürəm. Rəqib deyilik çünki, biz bir üslübda deyilik. Hər birimizin öz dinləyicisi və auditoriyası var

Evliliyiniz kimi boşanmanızda anidən oldu.

- Yenidən ailə həyatı qurarsız?

- Mən ailə həyatından danışmağı sevmirəm. Mənim sevgim musiqidir. Mən istədiyimi mahnılarla deyirəm. İkinci dəfə evlənəcəm ya yox bu kimi suallar qoy tamaşaçı üçün cavabsız qalsın.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Vüsalə bu rəqsi ilə ağılları başdan aldı - VİDEO

Teleaparıcı Vüsalə Əlizadənin görüntüsü sosial şəbəkələrdə gündəm olub.   Sfera.az xəbər verir ki, o, aparıcısı olduğu verilişində etd...

"Bu sərəncam Milli mətbuatımıza verilən önəmin bariz nümunəsidir" - Famil Fərhadoğlu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli mətbuatımızın 150 illik yubileyinin geniş şəkildə qeyd olunması ilə bağlı sərəncam imzalayıb. Sərəncama...

Müsəlman ölkəsində matəm elan edildi

İranda Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş verən partlayışla əlaqədar Hörmüzqan vilayətində 3 günlük matəm elan edilib.   Sfera.a...

İstanbul üçün dəhşətli zəlzələ XƏBƏRDARLIĞI

Məlum olduğu kimi, aprelin 23-də Mərmərə dənizinin Silivri sahillərində 6,2 bal gücündə zəlzələ baş verib. Zəlzələ və afterşoklar İstanbul və ətraf vilayətlərdə...

Məktəbdə ən yaxşı oxuyanlar bu 6 BÜRCDƏN olur

Çalışqan və müvəffəqiyyətli tələbələr adətən gördükləri işlərlə diqqət çəkirlər. Sürətli öyrənmə və anlama qabiliyyətinə sahib olan bu tələbələr, pratik zəka il...

FAKTİKİ HAVA: Güclü külək əsib, şimşək çaxıb

Milli Hidrometeorologiya Xidmətinin aprelin 27-si saat 10:00-a olan məlumatına əsasən bəzi rayonlarda yağıntılı və küləkli hava şəraiti davam edib, arabir şimşə...