Özünü yandıran meyxanaçıyla bağlı ilginc faktlar: “İsayam” deyib küçədə qaçırmış... - VİDEO

Özünü yandıran meyxanaçıyla bağlı ilginc faktlar: “İsayam” deyib küçədə qaçırmış... - VİDEO
Bu gün özünü yandıran tanınmış meyxanaçı Şaban Neftçalalının (Hüseynov Şaban Gülmirzə oğlu) 3 il əvvəl evdən qaçdığı ortaya çıxıb. Elə həmin il ailəsi, xanımı ATV kanalında yayımlanan "Öz aramızda” verilişinə müraciət edib. Proqramın komandası axtarışda olan şəxsi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında taparaq ailəsi ilə qovuşdurub. 


Sfera.az xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi görüntülərdə Şaban Hüseynov hər kəsi təəccübləndirən açıqlama verib. O, İsa peyğəmbər olduğunu deyərək küçədə yarıçılpaq gəzib. Həmin sujetdə meyxanaçı özü də danışıb:


"11 gündür ki, evdən çıxmışam. Həyat yoldaşı, ata kimi işə yaramadığıma görə evdən çıxdım. Məndə belə bir şey daha əvvəl olmuşdu, indi sakitləşmişəm. Uşağım üçün darıxmışam. Qızım Aişənin 3 yaşı var. Küçəyə çıxdım, bir-iki möcüzələrlə rastlaşdım. Getdim o möcüzələrin arxasıyla…Heç kim mənə inanmadı. İsa peyğəmbərəm dedim, əlimə hasa götürdüm.


Ayaqyalın lüt bədənlə düşdüm şəhərin canına. Deyirdim ki, İsa gəlib İsa, əlimdə bir hasa! Söyməyə başladım. Polislər yaxınlaşdı, dedilər ki, İsa, səni tanıyıram. Məni bu xəstəxanaya gətirdilər. İndi özümü yaxşı hiss edirəm. Anama demək istəyirəm ki, kaş məni dünyaya gətirməyərdi. Anam, ölmək istəyirəm”. 
 
Daha sonra çəkiliş heyəti 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında Şabanı ailəsi görüşdürüb. 
 
 

 
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...