"Şahdağ"da xoşagəlməz halla bağlı qərar qəbul edildi – FOTO

Azərbaycan Turizm Assosiasiyasında (AZTA) turizm şirkətləri ilə "Şahdağ" Turizm Mərkəzi arasında görüş keçirilib.

AZTA-dan Oxu.Az-a verilən məlumata görə, görüşdə keçən həftə "Şahdağ" Turizm Mərkəzində baş vermiş izdihamla bağlı problemlər və AZTA-nın təklif etdiyi koordinasiya metodu ilə birgə tənzimləmə yolları müzakirə olunub. Turizm mərkəzi ilə əməkdaşlıq şərtləri və güzəştləri haqqında razılığa gəlinib.

Bundan başqa, AZTA Şahdağ turlarının təşkili ilə bağlı özündə bir sıra xidmət keyfiyyəti standartını əks etdirən tövsiyə xarakterli anlaşma sənədinin ilkin versiyasını turizm şirkətlərinin diqqətinə çatdırıb.

Sonda bütün razılaşdırılmış şərtlərin icra edilməsi üçün AZTA-nın Gəlmə Turizm Komitəsi nəzdində turizm şirkətləri arasından səsvermə yolu ilə 5-7 nəfərlik komissiyanın yaradılması haqqında qərar verilib.

Qeyd edək ki, dekabrın 16-da qış mövsümünün açılışı zamanı "Şahdağ"  Turizm Mərkəzində minlərlə şəxs kanat yoluna növbədə gözləyərkən izdiham və sıxlıq yaşanıb, nəticədə xoşagəlməz insident baş verib.

 




OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...