Qulinin adamı bu bazarları ələ keçirməyə başladı

Qulinin adamı bu bazarları ələ keçirməyə başladı
 Rusiyanın Çelyabinsk vilayətindəki bazarlarına əslən Azərbaycandan olan sahibkar Ziyəddin Vəliyev adlı şəxs nəzarət etməyə başlayıb.
 
Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Krimerussia” saytı yayıb. Saytın iddiasına görə, məhz Vəliyevin icazəsi olmadan bölgədəki bazarlarda meyvə, tərəvəz, yeni il üçün şam ağacları satıla bilməz. Vəliyevin aktivliyi xüsusilə qanuni oğru Lotu Qulinin (Nadir Səlifov) azadlığa çıxmasından sonra başlayıb. Azərbaycanlı sahibkarın tələbi ilə bölgədəki biznesmenlər ona aylıq 10-20 min rubl həcmində ödəniş etməyə məcbur ediliblər. Zaxar ləqəbi ilə məşhur olan Vəliyev onunla razılaşmayanların obyektlərini qeyri-qanuni ticarət adı altında sökdürməyə başlayıb.
 
Maraqlı məqam odur ki, Zaxara bölgədə bazarlara nəzarət imkanlarını Çelyabinsk vilayətinin baş nazirinin müavini Maksim Osipenko verib. Osipenko ilə bərabər bölgədəki bir sıra məmurlar da Vəliyevin yanında yer alıblar.
 
Qeyd edək ki, Rusiya mətbuatı artıq Vəliyevin Lotu Qulinin adamı olduğunu iddia etməyə başlayıb.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Azərbaycan Dili və Əlifbası Günüdür

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.   Sfera.az xatırladır ki, bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin...

Gəlin daim başqalarının paketini icazəsiz açan qayınanadan intiqam aldı

Britaniyalı qadın mütəmadi olaraq paketləri açan qayınanasının hərəkətlərindən bezib.    O, qayınanasının həyasızlığı ilə üzləşdiyini deyib. Qad...

Rəsmi Bakıdan Rusiyaya XƏBƏRDARLIQ

Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Xankəndidə İvan Azvazovskinin büstünün sökülməsi məsələsini şərh edərkən, Rusiya Prezidentinin xüsusi nümayəndə...

Nasistlərin heç vaxt tapmadığı sirli xəstəxana - FOTO

Franja Partizan Xəstəxanası Sloveniyanın qərbindəki Pasica vadisində gizlənmiş İkinci Dünya Müharibəsi dövründə gizli bir xəstəxana idi.   Sfera.az b...

Şimali Koreyada bu əşyaların satışı qadağan edilib

Şimali Koreyada həyat dünyanın qalan hissəsindən əhəmiyyətli dərəcədə fərqlənən qaydalar və məhdudiyyətlərlə idarə olunur. Ölkədə bir çox məişət əşyalarının sat...

"Azərtac"dan TASS-ın Xankəndi ilə bağlı təxribatçı addımına - CAVAB

"Azərtac" xəbər agentliyi iyulun 31-də Rusiya Federasiyasının TASS xəbər agentliyində “Stepanakertdə Ayvazovskinin abidəsi söküldü” başlığ...