Fərid Əsgərova vəzifə verildi

Fərid Əsgərova vəzifə verildi
 Bu gün Bakıda Azərbaycan Milli Karate Federasiyasının birinci vitse-prezidenti seçkiləri keçirilib.
 
Sfera.az Trend-ə istinadən bildirir ki, səsvermə nəticəsində bu vəzifəyə Fərid Əsgərov seçilib. F.Əsgərovu federasiyanın kollektivinə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov təqdim edib.

Nazir müavini qeyd edib ki, Milli Karate Federasiyası hər zaman ona göstərilən etimadı doğruldub. Karatenin olimpiya idman növü elan olunduğunu vurğulayan İ.İsmayılov bildirib ki, idmançılar medalların əldə olunması üçün daha çox çalışmalıdırlar.

O, ümidvar olduğunu bildirib ki, F.Əsgərovun birinci vitse-prezident seçilməsi Milli Karate Federasiyasının xeyrinə olacaq və azərbaycanlı idmançılar daha böyük uğurlara imza atacaqlar.

Federasiyanın birinci vitse-prezidenti seçilmiş F.Əsgərov, öz növbəsində, ona göstərilən etimada görə minnətdarlığını bildirib və kollektivlə uğurla əməkdaşlığa ümid etdiyini vurğulayıb.

Daha sonra federasiyanın prezidenti Yaşar Bəşirov qeyd edib ki, kollektiv Tokioda keçiriləcək Olimpiya Oyunlaırnda uğurla çıxış etmək üçün əlindən gələni etməlidir.

Y.Bəşirov dövlət tərəfindən, xüsusilə də Gənclər və İdman Nazirliyi tərəfindən Milli Karate Federasiyasına göstərilən dəstəyə görə minnətdarlığını bildirib və əmin olduğunu bildirib, idmançılar gələcək yarışlarda layiqli nəticələr göstərəcəklər.

OXŞAR XƏBƏRLƏR