"Hamımızın ana-bacısı var" - Bakıda dəhşətli cinayət

 Bakıda 19 yaşlı oğlanın törətdiyi qətlin təfərrüatı məlum olub.
 
Sabunçu qəsəbəsində 19 yaşlı Emil Heydərov qətlə yetirdiyi 1992-ci il təvəllüdlü Həziyev Nicat Qulam oğlu ilə bir məhəllədə yaşayıb.

Polis tərəfindən saxlanılan Emil bildirib ki, özündən 6  yaş böyük Nicatı mübahisə zəminində öldürüb. O deyib ki, Nicatın bəzi hərəkətlərindən xoşu gəlməyib. Belə ki, 25 yaşlı Nicat Həziyevin məhəllədə qızla gəzməsi Emili narahat edib. O, məhəllədən tanıdığı Nicata "hamımızın ana-bacısı var. Belə hərəkətlər lazım deyil” kimi irad bildirib. Bundan sonra onların münasibəti kəskinləşib və aralarında münaqişə yaranıb. Münaqişə zəminində 19 yaşlı Emil Nicatı bıçaqlayaraq öldürüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
 
///Lent.az

OXŞAR XƏBƏRLƏR

Dolaba qoyduğu qeyd sayəsində öz qətlinin sirrini açan gənc qadın - FOTO

Təxminən 15 il əvvəl ABŞ-da yaşayan Qriselda Kassamajor adlı qadın işlədiyi masaj salonunda ölü tapılmış və onun qətlinin sirri uzun müddət açılmamış qalmışdır....

Azərbaycan Dili və Əlifbası Günüdür

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.   Sfera.az xatırladır ki, bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin...

Gəlin daim başqalarının paketini icazəsiz açan qayınanadan intiqam aldı

Britaniyalı qadın mütəmadi olaraq paketləri açan qayınanasının hərəkətlərindən bezib.    O, qayınanasının həyasızlığı ilə üzləşdiyini deyib. Qad...

Rəsmi Bakıdan Rusiyaya XƏBƏRDARLIQ

Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Xankəndidə İvan Azvazovskinin büstünün sökülməsi məsələsini şərh edərkən, Rusiya Prezidentinin xüsusi nümayəndə...

Nasistlərin heç vaxt tapmadığı sirli xəstəxana - FOTO

Franja Partizan Xəstəxanası Sloveniyanın qərbindəki Pasica vadisində gizlənmiş İkinci Dünya Müharibəsi dövründə gizli bir xəstəxana idi.   Sfera.az b...

Şimali Koreyada bu əşyaların satışı qadağan edilib

Şimali Koreyada həyat dünyanın qalan hissəsindən əhəmiyyətli dərəcədə fərqlənən qaydalar və məhdudiyyətlərlə idarə olunur. Ölkədə bir çox məişət əşyalarının sat...