Azərbaycanda unikal cərrahi əməliyyat

Azərbaycanda unikal cərrahi əməliyyat
 Mərkəzi Klinika Xəstəxanasının (MKX) həkim briqadası klinikanın baş həkimi, kardiocərrah Kamran Musayev və ortoped-travmatoloq Elviz Qasımovun rəhbərliyi ilə bu günlərdə unikal əməliyyat icra edib.

Belə ki, Bakı sakini Elnur Əliyevin MKX-ya müraciət etməsinə səbəb onun iş qəzası nəticəsində sol baldırın aşağı 1/3 nahiyəsinə 2 tonluq cihaz düşməsi nəticəsində aldığı ağır travma olub.

E.Əliyevin baldırın arxa nahiyəsinin dəri və səthi əzələsi qalmaqla subtotal amputasiya olunub. İlk olaraq Sumqayıt Şəhər Xəstəxanasına aparılan xəstənin ətrafı orada total amputasiya edilərək sümük 8 santimetrə qədər kəsilərək güdül formalaşdırılıb.

Sonra MKX–ya gətirilən xəstə təxirə salınmadan əməliyyata alınıb. Ortopedlər tərəfindən güdül açılıb. Güdül və amputant diseksiya edilərək toxumalar (damar, sinir, vətər) müvafiq olaraq tapılıb, sümük eksternal fiksator ilə fiksasiya edilib. Damar cərrahları tərəfindən ilk olaraq tibialis posterior və dorsalis pedis arteriyaları tikilib, dərhal ayaq pəncəsində canlanma, isinmə hiss edilib, damarlar dolub. Sonra 3 dərin və 1 safen vena tikilib.

Ortopedlər tərəfindən əzələ və vətərlər tikilib. Axil vətəri qopmuş olduğundan funksiyası daha yaxın olan digər vətərlərlə rekonstruksiya edilərək, ön qrup vətərlər isə müvafiq əzələlərə tikilib.

Sinirlərdə 6-8 santimetr qısalıq olduğundan birincili tikilə bilinməyib, bağlanılaraq ikincili tikilmə (qreft) üçün hazırlanıb.

Dəri deffekti olduğundan plastik cərrah tərəfindən rotasion fleb çevrilərək safen venanın üzəri bağlanılıb. Bir həftə sonra yaranın açıq yerlərinə dəri qrefti köçürülüb.(azvision.az)

OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...