Evdə paltar qurutmayın - XƏBƏRDARLIQ

Evdə paltar qurutmayın - XƏBƏRDARLIQ
 Elə ki, yağışlı havalar başlayır bir çoxumuz paltarları yuduqdan sonra içəridə quruduruq. Amma mütəxəssislər bunun sağlığımıza olduqca zərərli olduğunu söyləyirlər. 

Türkiyəli ürək və daxili xəstəliklər üzrə mütəxəssis Olcay Emel mövzu ilə bağlı açıqlama verib. Sfera.az ailem.az-a istinadən həkimin fikirlərini təqdim edir: "Hər kəs tərəfindən istifadə olunan yuyucu vasitələr suda həll olaraq çirkli paltarlarımızı təmizləyir. Təbii ki, bu kimyəvi qalıqlar durulanmaya baxmayaraq, müəyyən miqdarda paltarlarda qalır. Quruma prosesi zamanı su ilə birlikdə buxarlanaraq, olduğu atmosferə yayılır. Buna görə paltarlarımızı qapalı şərait yox, açıq havada qurutmaq ən doğru seçimdir".

O.Emel deyib ki, xüsusilə şəhər yerlərində açıq havada paltar qurutmaq mümkün olmur. Buna görə də paltar qurudulan otaqlar yaxşı havalandırılmalıdır. Amma bu otaqda qətiyyən uşaqlar və yaşlılar olmamalıdır. İkinci bir yol kimi qurutma maşınlarından istifadə etmək olar.
 
Həkim bildirib ki, allergiyası olanlar yuyucu vasitə əvəzinə, sabundan istifadə edə bilər: "Quru təmizləmədə də perklor etilen hipoklorit istifadə edilir. Buxarı ilə nəfəs aldıqda qaraciyər, sinir sisteminə zərər verə bilər və xərçəng yarada bilər. Buna görə quru təmizləmədən gələn əşyaların havaya verilmədən istifadəsi məsləhət deyil".

OXŞAR XƏBƏRLƏR

Moskvada azərbaycanlı qanuni oğru saxlanıldı - VİDEO

Moskvada “qanuni oğru” Vaqif Süleymanov (Vaqif) saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri xəbər verir.   ...

Rusiyanın ombudsmanı Səbinə Əliyevaya müraciət etdi

Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova bir sıra Rusiya vətəndaşlarının Azərbaycanda saxlanılması ilə bağlı azərbaycanlı həmkarı Səbinə Əliy...

Əsir və girovlarımızın başına nələr gətirilib?- MƏHKƏMƏ

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Prezidentlər Ayköl Manas adına məktəbin açılışını etdilər

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstanın dövlət başçısı Sadır Japarov Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışını ediblər.  ...

Ölkəni silkələyən qəza: 19 nəfərə hökm oxundu

Bu il yanvarın 18-də İmişli rayonunda baş verən yol qəzasından sonra xuliqanlıq hərəkətlərinə görə saxlanılan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiril...

Bu universitetin prorektoru vəfat etdi

Odlar Yurdu Universitetinin elmi işlər üzrə prorektoru, professor Tərlan Abdullayev vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə universitetdən m...