Əmək kitabçaları tarixə qovuşur VİDEO

Əmək kitabçaları tarixə qovuşur — VİDEO
Yaxın gələcəkdə əmək kitabçaları tarixə qovuşacaq.

Sfera.az Xəzər TV-yə istinadən məlumatına görə, hazırda bununla bağlı işlər sürətləndirilib. İnsanların 2006-cı ilə qədərki əmək fəaliyyəti ilə bağlı məlumatların elektron sistemə daxil edilməsi davam etdirilir. Pensiya məbləğinin təyin edilməsi üçün məlumatların elektron formada saxlanılması bu prosesdə şəffaflığı təmin etdiyindən dünyanın əksər ölkələrində əmək kitabçalarından istifadə olunmur.

2006-cı ildən sonra ilk dəfə əmək fəaliyyətinə başlayan insanların da əmək kitabçaları olsa da, onların sosial sığorta şəhadətnaməsi olduğuna görə əmək fəaliyyətləri ilə bağlı məlumatlar artıq elektron sistemdə yer alıb. Amma bu, o anlama gəlmir ki, həmin şəxslər əmək kitabçalarını tullamalıdırlar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmisi Əbülfət Məhərrəmovun sözlərinə görə, əmək kitabçalarının tam ləğv edilməsini uzun müddət gözləmək lazım gəlməyəcək. Çünki əmək kitabçasındakı məlumatların elektron bazaya daxil edilməsi prosesi sürətlə davam edir. Bu işi müəssisə və təşkilatlar özləri görürlər. Əvvəllər əmək fəaliyyəti ilə məşğul olan, amma hazırda işsiz olan vətəndaşların məlumatlarının sistemə daxil edilməsi isə qaranlıq qalır. Prosesin tez yekunlaşması üçün həmin şəxslərin Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələrinə müraciət etmələri tövsiyə olunur.

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

"Biz Laçını qurub-yaradırıq!" -VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Laçın şəhərində sakinlərlə görüşündən görüntülər paylaşılıb.   Sfera.az xəbər ver...

Əhalinin NƏZƏRİNƏ: Mayın 28-də səhər saatlarından başlayaraq...

Maqnit qasırğası yaxın günlərdə Yer kürəsini yenidən əhatə edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədq...

Bakı aeroportunda HƏYƏCANLI ANLAR - Təyyarə məcburi eniş etdi

İstanbul–Tbilisi marşrutu üzrə hərəkət edən “Turkish Airlines” aviaşirkətinə məxsus Boeing 737 tipli hava gəmisinin kapitanı Heydər Əliyev Bey...

Laçın kanatı belə olacaq -FOTOLAR

Xəbər verdiyimiz kimi, bu gün Prezidenti İlham Əliyev Laçın kanat yolunun təməlini qoyub.   Sfera.az-ın məlumatına görə, Laçın kanat yolu şəhərin Bul...

Bəy nigahdan dərhal sonra yoxa çıxdı: Həqiqət aylar sonra məlum olub

Avstraliyanın məşhur radio şousu “Late Drive with Ben, Liam & Belle” bir ssenarisində ağlınıza belə gətirməyəcəyiniz bir hekayəni yayımlayıb. Öz...

“Laçında İlham Əliyevlə görüşməkdən şərəf duydum”- Şahbaz Şərif

“Mən bu gün gözəl və sakit Laçın şəhərində əziz qardaşım Prezident İlham Əliyevlə görüşməkdən şərəf duydum”.   Sfera.az xəbər verir ki, b...