Azərbaycanda 15 yaşlı oğlanın dəhşətli ölümü — TƏFƏRRÜAT

Azərbaycanda 15 yaşlı oğlanın dəhşətli ölümü — TƏFƏRRÜAT
Lənkəranda baş vermiş faciəvi hadisənin təfərrüatı məlum olub.
 
Dünən gecə saatlarında Lənkəran rayonunun Liman şəhərinin sakini, 15 yaşlı Heydər Axundovun meyiti yaşadığı evdən bir qədər kənarda dəniz sahilində tapılıb. Məlum olub ki, o, ov tüfəngindən açılmış atəş nəticəsində vəfat edib.

Ailə üzvlərinin bildirdiyinə görə, 15 yaşlı Heydər dünən gündüz saat 11 radələrində ova getmək məqsədi ilə evdən çıxıb. Bir çox liman şəhər sakinləri kimi o da qaşqaldaq ovlamaq üçün dəniz sahilinə gedib. Axşam hava qaralanda valideynləri narahat olmağa başlayıb və onu axtarmağa çıxıblar. Bir neçə saat davam edən axtarışlardan sonra H.Axundovun dəniz sahilində, suyun dayaz hissəsində öldüyü məlum olub

İlkin araşdırma zamanı məlum olub ki, 15 yaşlı oğlan tüfənglə ehtiyatsız davrandığından atəş açılıb və ayaq nahiyəsindən xəsarət alıb. O, köynəyini çıxararaq ayağını sarımağa, qanaxmanın qarşısını almağa çalışıb. Lakin bir qədər qan itirən oğlan huşunu itirib və suya yıxılıb. 

Faktla bağlı araşdırmalar davam etdirilir.  /// Lent.az
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Azərbaycan Dili və Əlifbası Günüdür

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.   Sfera.az xatırladır ki, bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin...

Gəlin daim başqalarının paketini icazəsiz açan qayınanadan intiqam aldı

Britaniyalı qadın mütəmadi olaraq paketləri açan qayınanasının hərəkətlərindən bezib.    O, qayınanasının həyasızlığı ilə üzləşdiyini deyib. Qad...

Rəsmi Bakıdan Rusiyaya XƏBƏRDARLIQ

Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Xankəndidə İvan Azvazovskinin büstünün sökülməsi məsələsini şərh edərkən, Rusiya Prezidentinin xüsusi nümayəndə...

Nasistlərin heç vaxt tapmadığı sirli xəstəxana - FOTO

Franja Partizan Xəstəxanası Sloveniyanın qərbindəki Pasica vadisində gizlənmiş İkinci Dünya Müharibəsi dövründə gizli bir xəstəxana idi.   Sfera.az b...

Şimali Koreyada bu əşyaların satışı qadağan edilib

Şimali Koreyada həyat dünyanın qalan hissəsindən əhəmiyyətli dərəcədə fərqlənən qaydalar və məhdudiyyətlərlə idarə olunur. Ölkədə bir çox məişət əşyalarının sat...

"Azərtac"dan TASS-ın Xankəndi ilə bağlı təxribatçı addımına - CAVAB

"Azərtac" xəbər agentliyi iyulun 31-də Rusiya Federasiyasının TASS xəbər agentliyində “Stepanakertdə Ayvazovskinin abidəsi söküldü” başlığ...